Kürdəmirdə həmkəndlilər arasında dava düşdü: Xəsarət alanlar var

Kürdəmirdə həmkəndlilər arasında dava düşdü: Xəsarət alanlar var
SOSİAL
22:19 29.09.2023
264
Kürdəmirdə həmkəndlilər arasında dava düşüb, xəsarət alanlar var.

AZXEBER.COM xəbər verir ki, hadisə rayonun Şilyan kəndində qeydə alınıb.

Dava zamanı kənd sakinləri 24 yaşlı İmran Sarvan oğlu Usubov və 30 yaşlı Şirxan Kamran oğlu Mürşüdov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Xəsarət alanlar dərhal Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hazırda faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR