Kürdəmirdə "Hyundai" aşdı - Ölən və xəsarət alan var

Kürdəmirdə "Hyundai" aşdı - Ölən və xəsarət alan var
HADİSƏ
09:18 16.09.2025
135
Kürdəmirdə yol-nəqliyyat hadisəsi olub, ölən və xəsarət alan var.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, Naxçıvan şəhər sakini, 1997-ci il təvəllüdlü Novruz Etibar oğlu Mehdiyevin idarə etdiyi "Hyundai" markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Nəticədə sərnişinlər-Kürdəmir şəhər sakinləri, 1988-ci il təvəllüdlü Fuad Etibar oğlu Məmmədov ölüb, 1990-cı il təvəllüdlü Coşqun Cavid oğlu Nuriyev isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR