Kürdəmir rayonunda dəmiryolunun tənzimlənməyən yol keçidində qatar piyadanı vurub.
AZXEBER.COM-un məlumatına görə, dəhşətli hadisə Bu gün Bakı-Tiblisi dəmir yolunun 347-ci kilometrliyində qeydə alınıb.Tblisiyə gedən yük qatarı dəmiryolunun tənzimlənməyən yol keçidində rayonun Xınıslı kənd sakini, 1965-ci il təvəllüdlü Həzran Həzrətqulu oğlu Quliyevi vuraraq 10 metrlerlə xətt boyunca sürüyüb. Nəticədə cəsəd parça-parça olaraq taninmaz hala düşüb.Hazırda faktla bağlı araşdırma aparılır.