Kürdəmirdə rüşvət yığımı həyat tərzinə çevrilib - Şikayət

Kürdəmirdə rüşvət yığımı həyat tərzinə çevrilib - Şikayət
SOSİAL
14:55 24.01.2017
2707
Azərbaycanda ən çox şikayət olunan dövlət qurumları arasında Dövlət Sosial Müdafiə Fondunun yerli rayon şöbələri öndə gəlir. 
 
Bu haqda AZXEBER.COM-a Kürdəmir sakinləri məlumat verib.
 
Söz açacağımız DSMF-nin Kürdəmir rayon şöbəsidir. DSMF-ni Kürdəmir rayon şöbəsi barədə dəfələrlə nazir Səlim Müslümova müraciət olunsa da nazir heç bir şikayətə cavab vermir. DSMF-nin Kürdəmir rayon şöbəsinə nazir Səlim Müslümovun öz yaxın qohumu Əlyunis Mütəllimov rəhbərlik edir. Bu idarə kənardan normal bir dövlət müəssisəsini xatırlatsa da daxilində hər cür ağıla gələ biləcək çirkin işlərlərlə məşğul olurlar. Götürək pensiya sektorunu. Birincisi pensiya sektorunda çalışan məsul işçilər , yəni məsləhətçilər hər biri rüşvətlə, "kimlərinsə tapşırığı” ilə işə qəbul edilən səriştəsiz, vətəndaşlara qeyri-etik davranışları ilə seçilən işçilərdən ibarətdir. İkincisi pensiya sektoru idarənin "onurğa sütunu” hesab edilir. Ona görə onurğa sütunu hesab edilir ki, nazirliyin yüksək vəzifəli şəxslərini bu pensiya sektoru "dolandırır”.
 
Burada ciddi korrupsiya faktları mövcuddur. Kürdəmir rayonunda heç kimə sirr deyil ki, pensiya yaşına çatmış , lakin müvafiq əmək stajı olmayan vətəndaşlar əmək pensiyası ala bilmək üçün 3-5 min manat rüşvəti pensiya sektorunun işçilərinə təqdim edirlər. Saxta pensiyasının düzəldilməsi yolu ilə əldə edilən rüşvətin müəyyən bir faizi nazirliyin rəhbər işçilərinə təqdim edilir. Və yaxud da idarədə yoxlama apırılan zaman nazirliyə külli miqdarda rüşvət təqdim edilir ki, qanunsuz pensiya təyinatlarına göz yumulsun.
 
Həmçinin sosial müavinətlər sektoru da olduqca bərbad gündədi. Vətəndaşlara təyin olunan birdəfəlik müavinətlərin bir hissəsi sektroun məsləhətçiləri Hamil Hidayətov və Ramil Mürsəlov tərəfindən məcburi şəkldə mənimsənilir. Vətənd aşların maarifsizliyindən, məlumatsızlığından istifadə edərək DSMF-nin Kürdəmir rayon şöbəsində hər cür fırıldaqla məşğul olurlar. Gəlirlər sektorunda mövcud olan "maxinasiya” da digər sektorlardakından heç də geri qalmır. Sektor müdiri Şahin İsmiyevin bilavasitə diqtəsi ilə sahibkarlardan yığılan sığorta haqlarının bir hissəsi dövlət büdcəsinə keçirilsə də , böyük bir hissəsi sektorun məsləhətçilərinin ciblərinə gedir həmin pullar. Həmçinin vətəndaşlara dövlət sosial sığorta şəhadətnaməsinin , sığorta edənin uçot nömərsinin verilməsinə görə də "haqq” alınır. Halbu ki, bunların verilməsinə görə heç bir haqq tələb edilməməlidir.
 
Fondun işçiləri həmçinin sosial yardım almaq istəyən vətəndaşların sənədlərini VEMTAS-a daxil edilməsi və sosial yardım təyin olunacağı təqdirdə 600-1000 manat məbləğində rüşvət alırlar. Bütün bunlar müdir Əlyunis Mütəllimovun, fondun müavini və sektor müdirlərinin diqətəsi altında reallaşır. Əldə olunan məlumata görə Ə.Mütəllimov dəfələrlə işçilrinə bildirib ki, "nə bilirsinizsə eləyin, mən heç kimdən, heç bir şikayətdən qorxmuram. Arxamda nazir Səlim Müslümov dayanıb, işinizdə olun. Bizə heç kim heç nə edə bilməz. Artıq DSMF-nin Kürdəmir şöbəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308, 309 və 311-ci maddələri əsas verir ki, fondun hər bir işçilərinə cinayət işi açılsın.
 
Azərbaycan Respublikasının Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən təcili olaraq DSMF-nin Kürdəmir rayon şöbəsində araşdırma aparılmasını tələb edirik.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
BMT Ukraynada atəşkəsi alqışlayacaq
00:30 13.03.2025
BMT Ukraynada atəşkəsi alqışlayacaq
Azərbaycan millisi Xorvatiyada güllə atıcılığı üzrə Avropa Çempionatında bürünc medal qazanıb
00:11 13.03.2025
Azərbaycan millisi Xorvatiyada güllə atıcılığı üzrə Avropa Çempionatında bürünc medal qazanıb
Polşanın Baş naziri Avropanın təhlükəsizliyi ilə bağlı Ərdoğandan kömək istəyib
23:57 12.03.2025
Polşanın Baş naziri Avropanın təhlükəsizliyi ilə bağlı Ərdoğandan kömək istəyib
Goranboyda yanacaqdoldurma məntəqəsində yanğın olub
23:51 12.03.2025
Goranboyda yanacaqdoldurma məntəqəsində yanğın olub
On bir yaşlı azərbaycanlı ABŞ-də olimpiadaya vəsiqə qazanıb-FOTOLAR
23:32 12.03.2025
On bir yaşlı azərbaycanlı ABŞ-də olimpiadaya vəsiqə qazanıb-FOTOLAR
Putin Ukrayna ordusunun hücumundan sonra ilk dəfə Kursk vilayətinə səfər edib
23:21 12.03.2025
Putin Ukrayna ordusunun hücumundan sonra ilk dəfə Kursk vilayətinə səfər edib
Trampın xüsusi nümayəndəsi bu həftə Moskvaya səfər edəcək
23:11 12.03.2025
Trampın xüsusi nümayəndəsi bu həftə Moskvaya səfər edəcək
Avropa çempionatı: Azərbaycanın daha bir qadın güləşçisi qızıl medal qazanıb
23:00 12.03.2025
Avropa çempionatı: Azərbaycanın daha bir qadın güləşçisi qızıl medal qazanıb
Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionatında finala yüksəlib
22:56 12.03.2025
Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionatında finala yüksəlib
Tramp əvvəllər sülh istəməyən Zelenskinin indi sülhə razı olduğunu deyib
22:41 12.03.2025
Tramp əvvəllər sülh istəməyən Zelenskinin indi sülhə razı olduğunu deyib
Komitə sədri: Azərbaycan yerləşdiyi region ölkələri sırasında bütün parametrlər üzrə önə çıxmağı bacardı
22:33 12.03.2025
Komitə sədri: Azərbaycan yerləşdiyi region ölkələri sırasında bütün parametrlər üzrə önə çıxmağı bacardı
Azərbaycan universitetləri dünyanın ən yaxşılarının reytinqində
22:23 12.03.2025
Azərbaycan universitetləri dünyanın ən yaxşılarının reytinqində
Azərbaycan XİN Pakistanda sərnişin qatarındakı terror aktı ilə bağlı bəyanat yayıb
22:20 12.03.2025
Azərbaycan XİN Pakistanda sərnişin qatarındakı terror aktı ilə bağlı bəyanat yayıb
Tramp: Ukrayna ilə bağlı danışıqlarda ərazilər mövzusu müzakirə olunur
22:13 12.03.2025
Tramp: Ukrayna ilə bağlı danışıqlarda ərazilər mövzusu müzakirə olunur
Kürdəmirdə qatarın qarşısına qəfil insan çıxması faciə ilə nəticələniib
21:51 12.03.2025
Kürdəmirdə qatarın qarşısına qəfil insan çıxması faciə ilə nəticələniib
Beynəlxalq Cinayət Məhkəməsi Filippinin sabiq prezidentini həbs edib
21:42 12.03.2025
Beynəlxalq Cinayət Məhkəməsi Filippinin sabiq prezidentini həbs edib