Kürdəmirdə şum işləri aparan traktorçu ağır xəsarət alıb

Kürdəmirdə şum işləri aparan traktorçu ağır xəsarət alıb
SOSİAL
21:33 02.11.2021
296
Kürdəmirdə əkin sahəsində şum işləri aparan traktorçu ağır xəsarət alıb.

Hadisə rayonun Qarasu kəndində qeydə alınıb.

Belə ki, rayonun Qarasu kənd sakini, 26 yaşlı Teyyubov Emil Afiq oğlu əkin sahəsində traktorla iş görən zaman idarə etdiyi nəqliyyat vasitəsinin qoşqusundakı tros yerindən çixaraq ona çırpılıb.

Nəticədə Emil Teyyubov ağır xəsarət alaraq ətrafdakı insanların köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.
 
///Report
OXŞAR XƏBƏRLƏR