Kürdəmirdə zəhərlənənlərin sayı 24-ə çatdı

Kürdəmirdə zəhərlənənlərin sayı 24-ə çatdı
SOSİAL
12:39 20.07.2025
402
Kürdəmir rayonunda kütləvi zəhərlənən şəxslərin sayı 24 nəfərə çatıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Unikal"a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, zəhərlənən şəxslərdən 6-sı uşaq olmaqla, 14-ü qadın, 10 nəfəri isə kişilərdir.

Hazırda bütün xəstələr ambulator müalicə üçün evə buraxılıb.

Daha əvvəl Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirib ki, "Naftalan" ailəvi restoranda baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə AQTA əməkdaşları tərəfindən aidiyyəti qurumlarla birgə araşdırmalara başlanılıb.

İstirahət mərkəzinin fəaliyyəti məhdudlaşdırılıb.
OXŞAR XƏBƏRLƏR