Kürdəmirlilər Səlim Müslümovdan imdad diləyir: DSMF müdiri xalqı ayağa qaldırır

Kürdəmirlilər Səlim Müslümovdan imdad diləyir:  DSMF müdiri xalqı ayağa qaldırır
SOSİAL
15:25 30.09.2016
9147

Sosial Müdafi Fondunun Kürdəmir rayon şöbəsində baş alıb gedən korrupsiya faktları vətəndaşların ciddi narazılığına səbəb olub.

Bu barədə bir qrup Kürdəmir rayon sakininin AZXEBER.COM-a göndərdiyi şikayət məktubunda bildirilir. Məktubda Dövlət Sosial Müdafi Fondunun Kürdəmir rayon şöbəsində çalışan işçilərin idarəni rüşvət yuvasına çevirdikləri qeyd olunub. Bundan başqa sakinlər ƏƏSM naziri Səlim Müslümova müraciət edərək baş verən özbaşınalıqlara görə ondan yardım istəyiblər.

Məktubu olduğu kimi təqdim edirik:

"Biz Kürdəmir rayon sakinləri Azərbaycan Respublikasının Konstitusiyasının 57-ci maddəsini rəhbər tutaraq kollektiv şəkldə müracit edirik. Şikayətimiz Dövlət Sosial Müdafi Fondunun Kürdəmir rayon şöbəsində baş alıb gedən korrupsiya ilə bağlıdır. DSMF-nin Kürdəmir rayon şöbəsinin hər bir əməkdaşı necə deyərlər vətəndaşları talamaqla məşğuldur. Xüsusən də bu hal nazirə yaxın qohum olduğu bildirilən Əlyunis Mütəllimovun müdir təyin olunmasından sonra daha da geniş vüsət alıb. Fondun sosial müavinətlər üzrə işçisi Ramin Mürsəlov sosial müavinətlərin təyinatına görə vətəndaşlardan məcburi qaydada rüşvət alır. Həmiçinin də öz vəzifəsinin öhdəsindən gələ bilmir və nazirliyə verdiyi rüşvət qarşılığında həmin postu tutub. Hər cür müavinətlərin təyinatına görə vətəndaşlardan pul dilənməklə məşğuldur. Bütün sakinləri süründürür, incidir. Bu şəxsə də qayıdıb nəsə deyəndə də deyir ki, "məni bura nazirlik təyin edib, get hara deyirsen de". Aidiyyatı vəzifəli şəxslərə üzümüzü tutub deyirik: Bunlar kimdir axı vətəndaşları belə incidir? Ölkə başçısı cənab İlham Əliyev vurğuluyub ki, "məmur xalqın xidmətçisidir". Amma əməldən görünür ki, cənab Prezidentin bu sözü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli şöbədə işləyən məmurlar üçün keçərsizdir. Ramin Mürsəlov barəsində təcili ciddi və təxirəsalınmaz tədbirlərin görülməsini biz Kürdəmir sakinləri sizlərdən tələb edirik.

Fondun digər işçilərindən Hamil Hidayətov və Şahin İsmiyev öz başınalıqlarını davam etdirirlər. Ünvanlı sosial yardım üzrə məsul şəxs olan Hidayətov Hamil sosial yardım almaq istəyən vətəndaşların sənədini elektron sistemə (VEMTAS-a) daxil etməyin müqabilində vətəndaşlardan 500-1000 (beş yüz - min) manat rüşvət tələb edir.

İsmiyev Şahin dövlət sosial sığorta şəhadətnamələrini vətəndaşlara pulla satır. Və həmçinin vətəndaşlarla münasibətdə etikanı pozur. Pensiya təyinatında qanunsuzluq , korrupsiya hökm sürür. Yaşa görə və əlilliyə görə müvafiq staja sahib olmayan şəxslərdən 2000 - 3000 manat məbləğində rüşvət alıb pensiya təyinatı aparırlar. Fondun əməkdaşları çoxlu sayda vətəndaşların plastik kartlarına sahibdirlər.

Həmçinin fondun işçiləri bahalı avtomobillərə və bir neçə yerdə əmlaka sahibdirlər. Aidiyyatı orqanlara sual veririk : Dövlət qulluqçusu aldığı təxminən 250-300 manat əmək haqqı müqabilində bu qədər əmlaka necə sahib olublar? Təcili olaraq fondun adı çəkilən işçiləri və digər işçiləri barədə amansız , ciddi tədbirlərin görülməsini tələb edirik .

DSMF-nin Kürdəmir rayon şöbəsində anarxiya, korrupsiya tüğyan eləyir. Və bu da günü - gündən inkişaf edən ölkəm izin sosial siyasətinə qara ləkə salır”.

 

Şikayətlə bağlı qarşı tərəfin də mövqeyini yayımlamağa hazırıq!

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sabah leysan yağacaq, güclü külək əsəcək
12:36 02.06.2025
Sabah leysan yağacaq, güclü külək əsəcək
Veysəloğlu Şirkətlər Qrupundan Qarabağ Universitetinə təhsil dəstəyi – 50 tələbəyə təqaüd ayrıldı
12:32 02.06.2025
Veysəloğlu Şirkətlər Qrupundan Qarabağ Universitetinə təhsil dəstəyi – 50 tələbəyə təqaüd ayrıldı
Meksikada reabilitasiya mərkəzində FAİCƏ: 12 ölü
12:29 02.06.2025
Meksikada reabilitasiya mərkəzində FAİCƏ: 12 ölü
Xankəndi, Xocalı və Ağdərədə qanunsuz tikililər sökülür
12:27 02.06.2025
Xankəndi, Xocalı və Ağdərədə qanunsuz tikililər sökülür
Lionel Messi minifutbol üzrə Azərbaycan millisini təbrik etdi - VİDEO
12:23 02.06.2025
Lionel Messi minifutbol üzrə Azərbaycan millisini təbrik etdi - VİDEO
İlham Əliyev Türkiyənin energetika və təbii sərvətlər nazirini qəbul etdi
12:21 02.06.2025
İlham Əliyev Türkiyənin energetika və təbii sərvətlər nazirini qəbul etdi
“Mən başlayanda özümə bir söz vermişdim” – Xalq artisti Röya
12:21 02.06.2025
“Mən başlayanda özümə bir söz vermişdim” – Xalq artisti Röya
Aysunun keçmiş həyat yoldaşı Maldivdə bal ayında - FOTOLAR
12:19 02.06.2025
Aysunun keçmiş həyat yoldaşı Maldivdə bal ayında - FOTOLAR
AZAL kollektivi Fəxri xiyabanı ziyarət edib - FOTOLAR
12:13 02.06.2025
AZAL kollektivi Fəxri xiyabanı ziyarət edib - FOTOLAR
"Zeytun" apteklərinə protokol tərtib edildi - Dərmanı baha satdığına görə
12:07 02.06.2025
"Zeytun" apteklərinə protokol tərtib edildi - Dərmanı baha satdığına görə
İndoneziyada baş verən sürüşmə nəticəsində ölənlərin sayı artdı
12:05 02.06.2025
İndoneziyada baş verən sürüşmə nəticəsində ölənlərin sayı artdı
Bakıda cəzaçəkmə müəssisəsində dam örtüyünün uçdu - Ölən var
12:02 02.06.2025
Bakıda cəzaçəkmə müəssisəsində dam örtüyünün uçdu - Ölən var
Bu şəxsləri dərhal blok edin - DİN-dən əhaliyə xəbərdarlıq
11:59 02.06.2025
Bu şəxsləri dərhal blok edin - DİN-dən əhaliyə xəbərdarlıq
Osimhenin "Qalatasaray"dan tələb etdiyi pul bəlli oldu - FANTASTİK MƏBLƏĞ
11:57 02.06.2025
Osimhenin "Qalatasaray"dan tələb etdiyi pul bəlli oldu - FANTASTİK MƏBLƏĞ
"Meydanı boş görüblər, çıxıb ağzına gələni danışırlar" - Əməkdar artistdən Aqşinə
11:52 02.06.2025
"Meydanı boş görüblər, çıxıb ağzına gələni danışırlar" - Əməkdar artistdən Aqşinə
Qurban bayramının namaz vaxtı açıqlandı – RƏSMİ
11:48 02.06.2025
Qurban bayramının namaz vaxtı açıqlandı – RƏSMİ