Kürəkən qaynatasının üzünü doğradı

Kürəkən qaynatasının üzünü doğradı
SOSİAL
10:09 08.01.2017
4331

 

Salyanda bıçaqlanma hadisəsi baş verib.

Hadisə ötən gün axşam saatlarında rayonun Qarabağlı kəndində qeydə alınıb.

Kənd sakini, 46 yaşlı Natiq Mirəziz oğlu Qasımov ailə münaqişəsi zəminində kürəkəni tərəfindən bıçaqlanıb. N.Qasımov üzünün sol tərəfinin geniş kəsilmiş-deşilmiş yarası ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Xəstəxanada yardım göstərildikdən sonra Natiq Qasımov ambulator müalicəyə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.

///report.az
OXŞAR XƏBƏRLƏR