“Kurtlar Vadisi” geri dönür – Bu kanalda yayımlanacaq

“Kurtlar Vadisi” geri dönür – Bu kanalda yayımlanacaq
MAQAZİN
12:58 14.02.2024
319
"Kurtlar Vadisi” ekranlara qayıdır.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, televiziya tarixində iz qoymuş "Kurtlar Vadisi” yeni adla rəqəmsal platformada yayımlanacaq.
 
Yeni adı 'Kurtlar Vadisi Kaos' olaraq açıqlanan serialın Acun Ilıcalının sahibi olduğu "Exxen"də yayımlanacağı iddia edilir.
 
Serialın baş rol ifaçılarından Necati Şaşmaz, yeni serialda "Polat Alemdar" rolunu alacaq.
 
Yayım tarixi hələ müəyyən edilməyən "Kurtlar Vadisi Kaos”un aktyor heyətində Erhan Ufak, Erkan Sever, Hakan Boyav və Ayşegül Çınar kimi adların olacağı bildirilir.
 

OXŞAR XƏBƏRLƏR