"Kurtlar Vadisi" Hindistanda

MARAQLI
11:58 22.08.2011
1887

Türkiyənin populyar "Kurtlar Vadisi Pusu" teleserialı hindi dilinə tərcümə edilməkdədir. Hindistanın Mumbay şəhərindəki "Prasala Production" prodüser şirkəti Necati Şaşmazın baş rolda oynadığı serialın hindli tamaşaçılar tərəfindən çox böyük maraqla qarşılanacağına şübhə etmir. "Kurtlar Vadisi" ilə yanaşı, "Kurtlar Vadisi Pusu" serialı, "Kurtlar Vadisi İraq" və "Kurtlar Vadisi Fələstin" filmləri də hindi dilinə tərcümə olunacaq. "Prasala Production"un meneceri Acay Vişnukumarın dediyinə görə, Necati Şaşmazın oynadığı Polad Aləmdar rolu yerli əhali arasında populyardır. Belə ki, Mumbay və Heydərabad şəhərlərində artıq onlarla ata dünyaya gəlmiş oğluna Polad adını verib.

//milli.az

OXŞAR XƏBƏRLƏR