“Kurtlar Vadisi Pusu” serialında Polatın bölgə kəşfiyyat rəhbəri rolunu oynayan aktyor Emin Ersin Sevindik Azərbaycan serialında rol alıb.
Bu barədə Lent.az-a uzun illərdir Türkiyədə aktyorluq edən Azəri oğlu Murat Fetullah deyib: “Əslən Türkiyənin Adana bölgəsindən olan aktyora Azərbaycandan dəvət gəlib. Aktyor da bu təklifi müsbət qarşılayıb. Çünki onun Azərbaycana böyük sevgisi var, Azərbaycanı çox bəyənir. Yaxın günlərdə aktyor teleserialda çəkilmək üçün paytaxtımıza gələcək. Aktyor hələlik hansı teleserialda rol alacağını açıqlamaq istəmir”.