Kurtlar Vadisində şok ayrılıq

MAQAZİN
12:44 23.06.2014
6721
Abdulhey serialdan ayrılmaq barədə qərar verib
“Kurtlar vadisi”ində Abdulhey rolunu canlandıran Kənan Çoban serialdan ayırılır. AZXEBER.COM anspress-ə istinadən xəbər verir ki, bu barədə Kənan Çoban özü qərar verib.
Abdulhey ayrılmaq barədə qərarını serialın bu mövsümdəki son bölümünün çəkilişləri zamanı verib. Lakin Polat Alemdar rolunun ifaçısı Necati Şaşmaz onu fikrindən daşındırmağa çalışıb. Ona görə də serialın son bölümündə filmi elə çəkiblər ki, Abdulheyin ölüb-ölmədiyi dəqiq bilinmir. N.Şaşmaz ümid edir ki, Abdulhey, bəlkə də verdiyi qərarı dəyişdirər.
Türkiyə mətbuatında yer alan məlumata görə, Abdulhey artıq yeni serialda oynayacağı ilə razılığa gəlib. Yeni serialın ssenaristləri bir vaxtlar “Kurtlar vadisi”nin ssenarisini yazmış Bahadır Özdener və Cüneyt Aysandır.
Sentyabr ayında yayımlanacaq serialda Abdulhey narkotik qaçaqmalçılarına qarşı mübarizə aparacaq.
OXŞAR XƏBƏRLƏR