Məşhur sima "Kurtdlar Vadisi Pusu"ya geri qayıdır. AZXEBER.COM-un məlumatına görə, Tuncay Kantarcı yenidən serialda rol ala bilər.Serialın sevimli xarakterlərindən biri olan Tuncay Kantarcı bir müddət "Kurtlar Vadisi Pusu"da yer alsa da sonradan səssiz-səmirsiz çəkilişlərdən uzaqlaşmışdı. Aktyorun bu addımı uzun müddət müzakirə mövzusu olmuşdu.Aktyor Osman Vöber yenidən film çəkilişləri ilə məşğul olan şirkətlə müqavilə imzalayacaq.Aktyor filmdə Polad Alemdarın xəstəxanasının baş həkimi rolunda çıxış edib. Kantarcı "Kurtlar Vadisi"ndə də rol alan aktyorlardan olub. O, Mehmet Karahanlının baron olduğu şurada qaçaqmal işlərinə nəzarət edirdi.