Sahil NağızadəNamərddi amma mərd gəzəndi insanİlantək bəzəyə bəzəndi insanYetimi daima əzəndir insanQoşa verməyəcək kasıbın nərdiKüsdüm insanlardan küsdüm əbədi
Pul ilə imanın satıbdı çoxuGünahı haramla qatıbdı çoxuFilin qulağinda yatıbdı çoxuBilməyir günbə gün çoxalir dərdiKüsdüm insanlardan küsdüm əbədi
Sevgiyçün əkilən gülü də yoxdurAcıdır şirin bir dili də yoxdurKasıba əl tutan əli də yoxdurKüsdüm insanlardan küsdüm əbədi
Hər masqa altında şeytanlar gördümHaramla imarət quranlar gördümYaxşı yox, daima yamanlar gördümKüsdüm insanlardan küsdüm əbədi
Mərdlər göz yaşını heç silməyəcək?Qəmgin simalarda heç gülməyəcəkİnsanlar belədir düzəlməyəcəkKüsdüm insanlardan küsdüm əbədi.