Bir müddətdir aralarında inciklik olan aktyorlar Fərda Xudaverdiyev və Müşviq Şahverdiyev barışıb.
AZXEBER.COM xəbər verir ki, onlar "Komedixana”nın aktrisası Gülzar Səfərovanın qızının toyunda bir araya gəliblər.
Küsülü olan Fərda və Müşviq əl sıxaraq qucaqlaşıb və aralarındakı incikliyə son qoyublar.
Xatırladaq ki, onlar arasında küsülülük Elməddin və Müşviqin yeni layihəsinin çəkilişləri zamanı yaranmışdı. Belə ki, əvvəlcə filmdə çəkilməyə razılıq verən Fərda, daha sonra layihədən imtina edərək "Komedixana" ilə razılığa gəlmişdi.
Aysel