Kütləvi zəhərlənmə ilə bağlı yeni xəbər: bəzi uşaqlar yenidən xəstəxanaya qayıdıb

Kütləvi zəhərlənmə ilə bağlı yeni xəbər: bəzi uşaqlar yenidən xəstəxanaya qayıdıb
SOSİAL
12:38 12.06.2017
2141
AZXEBER.COM bildirir ki, Səhiyyə Nazirliyi Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsini icra edən İmran Abdullayev modern.az-a bildirib ki, evə yazılan uşaqlardan bəziləri yenidən xəstəxanaya qayıdıb, həmçinin yeni müraciət edənlər də var:

"Ona görə də xəstəxanda olan uşaqların sayı tez-tez dəyişir".

Mərkəz rəsmisi deyib ki, sudan götürülən analizlərin nəticəsinin bu gün axşam açıqlanacağı gözlənilir:

"Nəcis və qusuntu materiallarından götürülən analizlərin cavabı isə, yəqin ki sabaha bəlli olacaq".

Qeyd edək ki, iyunun 10-da H.Z.Tağıyev və Ceyranbatan qəsəbəsində yaşayan 130-a yaxın uşaq zəhərlənmə diaqnozu ilə Sumqayıt şəhər 1 saylı Uşaq Xəstəxanasına yerləşdirilib. İlkin ehtimal kimi onların sudan zəhərləndiyi bildirilib.

"Azərsu" Açıq Səhmdar Cəmiyyəti (ASC) rəsmi açıqlama yayaraq, uşaqlar arasında kütləvi zəhərlənmənin sudan olmadığını bəyan edib.
OXŞAR XƏBƏRLƏR