KXCP Cəmil Həsənli üçün imza toplamaqdan imtina etdi - Milli Şurada qalmaqal

KXCP Cəmil Həsənli üçün imza toplamaqdan imtina etdi -  Milli Şurada qalmaqal
SİYASƏT
18:02 30.08.2013
1541

“Bu Cəmil Həsənlinin əleyhinə işləyən Seçki Qərargahıdır”

KXCP sədri Mirmahmud Mirəlioğlu Cəmil Həsənlinin imzatoplama kampaniyasında Seçki Qərargahı tərəfindən onlara 1000 imza verilməsi məsələsinə sərt reaksiya verib.KXCP sədri bəyan edib ki, Milli Şuranın axırıncı sessiyasında Cəmil Həsənlinin namizədliyini müdafiə edənlərdən biri KXCP Cəmil Həsənlinin Seçki Qərargahı adından ünvanlanmış və onlara aid edilən 1000 imzadan imtina edir:

“Bu Seçki Qərargahının baş bilənlərinin digərlərini “məsuliyyətli işdir” deyib kənarda qoyması çox ciddi və məsuliyyətsiz bir addımdır. Bu Cəmil Həsənlinin əleyhinə işləyən, bütövlükdə Milli Şuranı dağıtmağa yönəldilən bir addımdır. Bu adamlar fərqində olmalıdır ki, Seçki Qərargahı bu həssas məqamlarda başqalarının qarşısında sıfır yazmaqla əslində gördükləri işin faydalılıq əmsalının sıfır olduğunu göstərirlər. Bununla bağlı öz təşkilatlarına da, Milli Şura və Cəmil Həsənliyə də hesabat verməlidirlər.

Onlara kim bu haqqı tanıyıb ki, KXCP-ni Seçki Qərargahından kənarda saxlasınlar? Kim haqq tanıyıb ki, bizə iş bölgüsündə və imza vərəqəsində 1000 yaxud, başqalarına sıfır yazsınlar? Biz belə hesab edirik ki, kampaniya başlandı, amma Cəmil Həsənlinin əleyhinə başlandı. Bu Seçki Qərargahı Cəmil Həsənlinin əleyhinə işləyən Seçki Qərargahıdır. Bütövlükdə siyasi partiyaları bölgü apararaq bu məsuliyyətli işdir deyib məsuliyyətsizcəsinə bəyanat vermək onlara baha başa gələcək. Bu gün imzasını almaq istəmədikləri adamların sabah səslərini də ala bilməyəcəklər. Bütövlükdə bu məsələ ciddi müzakirə olunmalıdır. Bundan sonra hər kəs dediyinin fərqində olmalı və dediyi sözün məsuliyyətini daşımalıdır”.

Mirmahmud Mirəlioğlu bildirib ki, hazırda dostları ona yazılı şəkildə deyiblər ki, partiyaya 1000 imzayla bağlı müraciət olunub: “Sağolsunlar, onlar da mən burada olmayanda 1000 imza vermək vərəqəsindən imtina ediblər. Və çox da doğru ediblər. Ona görə ki bu nə təşkilatımızın adına, nə də Cəmil bəyə olan münasibətimizə yaraşır. Bu cür qrupbazlıqla işləməzlər. Seçkidə hər kəs bir səs uğrunda mübarizə apardığı halda, mən hesab edirəm ki, əvvəlki vərdişləri kənara qoymaq lazımdır. Seçki bütövlükdə çox məsuliyyətli işdir. Seçki Qərargahında isə məsuliyyətsiz adamların oturması və rəhbərlik edilməsi seçkinin indidən uduzulması deməkdir. Bunun Cəmil Həsənli fərqində olmalıdır”.

//Qafqazinfo

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
01:49 11.03.2026
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
01:12 11.03.2026
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
00:22 11.03.2026
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
"Qalatasaray" tarixi qələbə qazandı
00:08 11.03.2026
"Qalatasaray" tarixi qələbə qazandı
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
23:47 10.03.2026
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
23:38 10.03.2026
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
23:31 10.03.2026
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
23:21 10.03.2026
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
23:14 10.03.2026
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
23:12 10.03.2026
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
23:06 10.03.2026
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
22:59 10.03.2026
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
22:54 10.03.2026
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
22:51 10.03.2026
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
Sabah bu ərazilərdə işıq olmayacaq
22:46 10.03.2026
Sabah bu ərazilərdə işıq olmayacaq
Daha bir NATO ölkəsi məcburi hərbi çağırışı bərpa edib
22:35 10.03.2026
Daha bir NATO ölkəsi məcburi hərbi çağırışı bərpa edib