İspaniya La Liqasını tərk edən ilk komanda müəyyənləşib.
Sonuncu pillədə qərarlaşan "Elçe” 33-cü turda "Almeriya”ya 1:2 hesabı ilə uduzmaqla elitada yerini qorumaq şansını itirib.
Hazırda sözügedən kollektivin 16 xalı, 17-ci pillənin sahibi "Valensiya”nın isə 33 xalı var. Autsayder qalan 5 matçda 15 xaldan çox toplaya bilməyəcəyindən elitada qalmaq üçün kifayət edəcək 17-ci pilləyə yüksəlmək şansı da qalmayıb.
"Elçe” 2020/21 mövsümündən La Liqada çıxış edib.