İspaniya La Liqasında 2017-18 mövsümünün püşkü atılıb.
Çempionat avqustun 19-da start götürəcək.
Ayın 19-20-də keçiriləcək ilk turda son çempion "Real" "Deportivo"nun qonağı olacaq. "Barselona" isə "Betis"i qəbul edəcək. Mövsümə gələn il mayın 20-də keçiriləcək oyunlarla yekun vurulacaq.
"Real"la "Barselona" arasındakı qarşılaşmaların vaxtı da bəllidi. Azarkeşlər ilk "El Klasiko"ya dekabrın 20-də, XVII tur çərçivəsində "Santyaqo Bernabeu"da tamaşa edəcəklər. Əzəli rəqiblər arasında II dövrənin qarşılaşması isə gələn il mayın 6-da (XXXVI tur) "Nou Kamp"da baş tutacaq.
La Liqada I turun təqvimi
"Sevilya" - "Espanyol"
"Malaqa" - "Eybar"
"Valensiya" - "Las Palmas"
"Selta" - "Real Sosyedad"
"Barselona" - "Betis"
"Deportivo" - "Real"
"Leqanes" - "Alaves"
"Levante" - "Vilyarreal"
"Xirona" - "Atletiko"
"Atletik" - "Xetafe"
///apasport.az