Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində laborant vəzifəsinə işə qəbul üzrə müsabiqəyə müraciətlərin çoxluğu nəzərə alınaraq qeydiyyat müddəti uzadılıb.
Müraciət etmək istəyən şəxslər aprelin 10-u saat 15:00-dan aprelin 11-i saat 15:00-dək qeydiyyatdan keçə bilərlər.
Qeyd edək ki, BŞTİ-nin rəsmi saytında martın 18-i laborant vəzifəsinə işə qəbul müsabiqəsinə dair təqdim olunan link vasitəsilə qeydiyyatdan keçən şəxslərin yenidən müraciət etməsinə ehtiyac yoxdur.
Namizədlər bu link vasitəsilə müsabiqəyə dair məlumatla tanış ola bilər.