Laçın Məmişov Ramil Səfərova məktub yazdı

Laçın Məmişov Ramil Səfərova məktub yazdı
KÖŞƏ
02:51 27.04.2012
8466
Laçın Məmişov Salam Ramil !!!Sənə “Necəsən?” ənənəvi sualını salamın ardınca vermirəm. Çünki necə olduğunu bəlkə də mənim qədər anlayan çox az adam ola bilər. Bu imkanın yarandığını görəndə açığı çox sevindim…Ona görə ki, İnşAllah sən azadlığa çıxandan sonra eyni sözləri sənə görüşəndə desəm artıq vaxtı keçmiş olacaq.Sənin gücünə, iradənə və mərdliyinə zərrə qədər də şübhəm yoxdur. Çünki sən özün üçün deyil, millətin və xalqın üçün yaşayırsan. Həbsdə olduğun günləri heç də həbs kimi zənn etmə, çünki sən orada olduğun müddətdə hər gün hər bir Azərbaycanlının qəlbində yaşayırsan. İnşAllah inanıram ki, tezliklə səni Vətənimizdə görəcəm və Allahın izni ilə biz bir cəhbədə çiyin çiiyinə səninlə döyüşə gedəcəyik.Bu şeiri Həzrət Əlinin bir hədisindən təsirlənib yazmışam. Sənin seçdiyin yol, çox çətin, ağır amma haqq yoludur. Allah yolunu açıq etsin, qapını tezliklə açsın…Həzrət Əli Kufəyə getməyə hazılraşanda ona deyirlər… - Ya Əli getmə, Kufəlilər səni öldürərlər - Mən getməsəm, Sən getməsən, kim gedəcəy ? – deyə cavab verir…Haqq nahaqqa verməyəni sevməyəcək Haqqı yeyən Haqq yolu bir ağır yoldur, çox olacaq getmə deyən Sən gemtəsən, mən getməsəm, kim gedəcəy ?Can çox şirin, məna dərin, hicran səhra, vüsal sərin Canı candan əziz tutan, canı qoru, muğayat ol ? Sən verməsən, mən verməsəm, kim verəcək ?Anamdı həmdəmim mənim, laylasında duydum qəmim O olmasa bəlli kəmim, Anasını sevməyən ey nadan eşid Sən sevməsən, mən sevməsəm, kim sevəcəy ?Yurdum yağı tapdağında, yağı düşmən torpağında Hərb başlasa getməyəcəm deyən soysuz Sən getməsən, mən getməsəm, kim gedəcəy ?Rəzalət bitirməy üçün, lalələr yetirməy üçün Hücum edib Şuşanı götürməy üçün ŞƏHİD olaq Sən olmasan, mən olmasam, kim olacaq ?VƏTƏN !!! qara üzüm qalıb, Qarabağda gözüm qalıb Cidirda çox izim qalib, hələ neçə sözüm qalıb Mən deməsəm, Sən deməsən, kim deyəcəy?Çox aşiqlər sürdü dövran, hər kitab olmadı Quran Laçın nə xoşbət insandır, könüllərdə saray quran Sən qurmasan, mən qurmasam, kim quracaq ?24 aprel 2012-ci il
OXŞAR XƏBƏRLƏR