Laçın rayonu 30 ilə yaxın işğaldan sonra azad edildi

Laçın rayonu 30 ilə yaxın işğaldan sonra azad edildi
SOSİAL
11:42 27.11.2021
691
Öz torpaqlarının bir qarışını da Ermənistana güzəştə getməyən dövlətimiz və Müzəffər şanlı ordumuz 1 dekabr 2020-ci il Laçının işğaldan azad edilməsi ilə Azərbaycan Respublikasının beynəlxalq hüquqla tanınan sərhədlərini və ərazi bütövlüyünü təmin etdi.

Laçın 18 may 1992-ci ildə Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuşdu. Erməni işğalçıları rayonun yüzlərlə mədəni-məişət obyektini, onlarla qəsəbə, kənd və tarixi abidələrini dağıdaraq talan ediblər.

İşğal olunandan sonra sərvəti talan olunaraq Ermənistana daşındı, mədəniyyət ocaqlarımız, tarixi-memarlıq abidələrimiz o torpaqlardan izlərimiz silindi. Şuşa və Laçın həmin günlər yalnız taleyin ümidinə qalmışdı. Dünyada ən nadir ağac sayılan qırmızı dəmirağac meşələri, çoxlu mineral suları, müxtəlif rəngli mərmər yataqları, həddindən çox dərman bitkilərilə zəngin olan Laçınımız düşmən tapdağı altına düşdü.

217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri talan və məhv edilib. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb. VI-cı əsrə aid Alban Ağoğlan məbədi, 14-cü əsrə aid Məlik Əjdər türbəsi, Qaraqışlaq kəndində məscid, Zabux kəndində qədim qəbiristanlıq bunların sırasındadır. Laçın Tarix Muzeyi və onun qızıl, gümüş və tunc sikkələrdən ibarət qədim kolleksiyası talan edildi.

Laçın rayonu - Azərbaycan Respublikasında inzibati rayondur. Respublikanın cənub-qərbində, Kiçik Qafqazda yerləşir. Qərbdən Ermənistan Respublikası ilə həmsərhəddir.

Laçın Dağlıq Qarabağın ətrafında yerləşən 7 rayondan biridir. Şuşa şəhərinin azad edilməsinin ardınca noyabrın 9-da Azərbaycan Ordusu Laçının da Güləbürd, Səfiyan, Türklər kəndlərini işğalçılardan təmizləyib. Müfəzzər Azərbaycan Ordusunun Laçın rayonunun bir hissəsinə və digər mühüm strateji mövqelərə daxil olmasından, xüsusilə Şuşa şəhəri və onun ardınca 70-dən artıq kəndin azad olunmasından az sonra Ermənistan kapitulyasiyasını elan edib.

Noyabrın 10-da Azərbaycan və Rusiya Prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladığı birgə Bəyanata əsasən, Ermənistan silahlı qüvvələri Laçını da Ağdam və Kəlbəcər kimi Azərbaycana təhvil verməli olub. Dövlətimizin uğurlu siyasi-diplomatik fəaliyyəti və minlərlə şəhid və qazi oğul-qızlarımızın canı və qanı hesabına 2020-ci il dekabrın 1-də heç bir güllə atılmadan azad edildi.

Ağdam və Kəlbəcərdə olduğu kimi, qeyri-qanuni yaşadıqları əraziləri - Azərbaycan torpaqlarını tərk edən ermənilər Laçından da təhlükəsiz şəkildə, atəşə məruz qalmadan rahatlıqla bütün əşyalarını götürüblər. Azərbaycan Ordusu onlara ərazini tərk etmək üçün bütün şəraiti yaradıb. Bunun müqabilində isə, Laçından çıxan ermənilər qaldıqları evləri yandırıb, vandallıq edib, meşələrə od vuraraq, suları çirkləndirərək ekoloji fəlakət törədiblər. Halbuki bu gün təhlükəsiz şəkildə ərazini tərk edən erməni əhalisindən fərqli olaraq, 1992-ci ildə rayonun azərbaycanlı əhalisi oradan zorakılıqla qovulub. Onların bir çoxu qırğına məruz qalıb, atəşə tutulub, meyitləri belə təhqir edilib. İşğalı dövründə Laçın rayonu yüzlərlə şəhid verib, onlarla dinc insan Laçında girov götürülüb. Rayondan köçkün düşən Azərbaycan əhalisi özü ilə heç nə götürə bilməyib, sakinlərin bütün əmlakı işğalçı Ermənistan ordusu tərəfindən qarət olunub. Bu bir daha Azərbaycan və Ermənistan arasındakı fərqi anlamaq üçün növbəti əyani nümunədir.

Ali Baş Komandanın və Birinci vitse-prezident Mehriban Əliyevanın işğaldan azad olunan bölgələrə səfəri onların dövlətimizə, xalqımıza verdikləri dəyəri bir daha sübut edir.

Möhtərəm Prezident cənab İlham Əliyevin bir sıra xüsusi əhəmiyyət daşıyan layihələrin, eləcə də Kəlbəcər-Laçın avtomobil yolu üzərində inşa olunacaq tunelin və Laçın Beynəlxalq Hava Limanının təməlqoyma mərasimində iştirak etməsinin xüsusi əhəmiyyəti var. "Biz Kəlbəcəri, Laçını və işğaldan azad olunan digər rayon və şəhərlərin əvvəlki gözəlliyini tezliklə geri qaytaracağıq. Ermənistan və onun havadarlarının 30 ildə qurduqları planlar 44 gün ərzində necə fiasko ilə nəticələndisə, bundan sonra atacaqları addımlar, təxribatlar da nəticəsiz qalacaq. Cənab Prezident və Birinci vitse-prezident Mehriban Əliyevanın dünənki Laçın-Kəlbəcər səfəri, oradakı təməlqoyma mərasimləri bir daha bunu sübut etdi. Düşünürəm ki, ermənilər bundan sonra da havadarlarının göstərişi ilə getməyib, daha ağıllı davranışlar nümayiş etdirsələr və təxribatlarından əl çəksələr, onlar üçün daha yaxşı olar. Əks təqdirdə, törətdikləri təxribatlar yenidən dəmir yumruğu başlarında hiss etməklərinə səbəb olacaq".

Cənab Prezidentin dövlət başçısı seçildiyi gündən atdığı addımlar, yürütdüyü siyasət, xüsusilə də ordu quruculuğu sahəsində apardığı islahatlar, gördüyü işlər sayəsində 30 illik işğala son qoyuldu, ərazi bütövlüyümüzü bərpa eildildi. 44 günlük müharibə zamanı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz nəyinki gücümüzü, hətta qısa müddət ərzində qalib gəlmək əzmimizi bütün dünyaya sübut etdi.

Naftalan şəhər sakini Tərlan Namazova
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
KİV: ABŞ və İran arasında atəşkəs səyləri çıxılmaz vəziyyətə düşüb
03:20 04.04.2026
KİV: ABŞ və İran arasında atəşkəs səyləri çıxılmaz vəziyyətə düşüb
Hörmüz Boğazında qalan türk gəmilərinin vəziyyəti açıqlanıb
02:46 04.04.2026
Hörmüz Boğazında qalan türk gəmilərinin vəziyyəti açıqlanıb
“TikTok”a video yükləyərkən xəbərdarlığa məhəl qoymayanları nə gözləyir? - VİDEO
01:04 04.04.2026
“TikTok”a video yükləyərkən xəbərdarlığa məhəl qoymayanları nə gözləyir? - VİDEO
Əraqçi və Fidan İrana hücumları müzakirə ediblər
00:42 04.04.2026
Əraqçi və Fidan İrana hücumları müzakirə ediblər
Taksi ilə bağlı son qərarlar gediş haqlarına təsir göstərəcək? - VİDEO
00:20 04.04.2026
Taksi ilə bağlı son qərarlar gediş haqlarına təsir göstərəcək? - VİDEO
NDU-da yeni təyinat
23:55 03.04.2026
NDU-da yeni təyinat
Xaricdə təhsil arzusu kabusa çevrildi: Ödənilən pullar geri qaytarılmır - İDDİA - VİDEO
23:48 03.04.2026
Xaricdə təhsil arzusu kabusa çevrildi: Ödənilən pullar geri qaytarılmır - İDDİA - VİDEO
"Qarabağ" – "Sabah" matçında Premyer Liqanın tamaşaçı rekordu yenilənib
23:42 03.04.2026
"Qarabağ" – "Sabah" matçında Premyer Liqanın tamaşaçı rekordu yenilənib
Azərbaycanla Şimali Kipr arasında təhsil sahəsində əməkdaşlıq müzakirə edilib
23:39 03.04.2026
Azərbaycanla Şimali Kipr arasında təhsil sahəsində əməkdaşlıq müzakirə edilib
Müəllimlərin əməkhaqları yenidən arta bilər - YENİ TƏKLİF - VİDEO
23:29 03.04.2026
Müəllimlərin əməkhaqları yenidən arta bilər - YENİ TƏKLİF - VİDEO
Gürcüstanda dəhşətli qətl: Təzə evlənən azərbaycanlı gənci qisas üçün öldürdülər - YENİ DETALLAR
23:24 03.04.2026
Gürcüstanda dəhşətli qətl: Təzə evlənən azərbaycanlı gənci qisas üçün öldürdülər - YENİ DETALLAR
Pezeşkian: Azərbaycan hökumətinin göstərdiyi dəstəyi yüksək qiymətləndirirəm
23:20 03.04.2026
Pezeşkian: Azərbaycan hökumətinin göstərdiyi dəstəyi yüksək qiymətləndirirəm
Kaşuk “Sabah”a keçir? - Qurban Qurbanovdan açıqlama
23:07 03.04.2026
Kaşuk “Sabah”a keçir? - Qurban Qurbanovdan açıqlama
Bu avtobuslar ləngiyə bilər
22:59 03.04.2026
Bu avtobuslar ləngiyə bilər
Trampın müharibə ilə bağlı mövqeləri üst-üstə düşmür - Ekspert
22:41 03.04.2026
Trampın müharibə ilə bağlı mövqeləri üst-üstə düşmür - Ekspert
Torpaq alıb fərdi yaşayış evi tikmək sərfəlidir, yoxsa almaq? - VİDEO
22:36 03.04.2026
Torpaq alıb fərdi yaşayış evi tikmək sərfəlidir, yoxsa almaq? - VİDEO