"Laçın rayonu cənnətə çevrilir"

"Laçın rayonu cənnətə çevrilir"
SİYASƏT
12:45 26.08.2024
303
Dağlar qoynunda yerləşən Laçın rayonu 1930-cu il avqustun 8-də təşkil edilib. Əvvəllər-yəni 1923-cü ildə bu yerlər Abdallar kənd yaşayış məntəqəsi olub. 

Laçın rayonu Kəlbəcər, Qubadlı, Xocalı, Şuşa, Xocavənd, eyni zamanda Ermənistanla həmsərhəddir. Rayon bir şəhər, bir qəsəbə və 125 kənddən ibarətdir. Ümumi  sahəsi isə 1835 kvadrat kilometrdir. 72 min hektar yaylaq sahəsi və 34 min hektar zəngin meşə massivi vardır.
Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. İşğal zamanı 300-dən çox hərbi və mülki  şəxs həlak olub və yaxud itkin düşüb, rayon sakinləri öz doğma ev-eşiklərindən didərgin düşərək Bakı şəhərində və Azərbaycanın əksər rayonlarında məskunlaşıblar. 

Erməni vandalları tərəfindən demək olar ki, rayon yerlə yeksan edilib. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə məhv edilib.

Rayonun 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, orta və internat məktəbləri və müxtəlif təyinatlı istehsal müəssisələri işğalçılar tərəfindən məhv edilib.

Cinayətkar ermənilər bütün beynəlxalq qanunları pozaraq işğal etdikləri Laçın rayonunun və onun qəsəbə və kəndlərinin coğrafi adını dəyişmiş, təbii resurslarını talan edərək satmışlar. Eyni zamanda Laçın rayonuna Suriyadan olan erməni əsilli qaçqınları gətirərək, burada məskunlaşdırmışlar.

Azərbaycan dövləti və Azərbaycan xalqı demək olar ki, 30 il danışıq yolu - sülh yolu ilə öz torpaqlarını geri qaytarmağa cəhd etmişdir. Lakin erməni vəhşiləri buna razı olmaq bir yana, hətta Azərbaycandan yeni ərazilər qoparmaq arzusu ilə təmas nöqtələrini, yaşayış məntəqələrimizi durmadan atəşə tuturdular. Bunun nəticəsində dinc əhaliyə maddi və mənəvi ziyan dəyirdi. Hətta onların arasında yaralanan və həyatını itirənlər də olurdu. Əsgər və sərhədçilərimiz qəfil atışma nəticəsində şəhid olurdular.

Nəhayət Azərbaycan xalqı Ali Baş Komandanın əmri ilə ayağa qalxdı. Qəhrəman Azərbaycan Ordusu  44 gün ərzində tarixi ədaləti bərpa etdi. Torpaqlarımızı öz gücü ilə geri aldı.

Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri , Zabux və Sus kəndləri Azərbaycan Ordusu tərəfindən nəzarətə götürüldü.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Silahlı Qüvvələrinin 8418 hərbi qulluqçusu "Laçının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.

Bu gün artıq Laçında və ümumiyyətlə doğma Qarabağda sürətlə əsaslı yenidənqurma və bərpa işləri gedir. Rayon yeni inkişaf dövrünü yaşayır.

"Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağ və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər-hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun” – deyir Prezident İlham Əliyev.


Artıq 30 il  əvvəl öz doğma yurd-yuvalarından didərgin düşmüş insanlar doğulduqları yerlərə qayıdırlar. Böyük Qayıdışı təmin edəcək Dövlət Proqramına əsasən indiyədək Laçın şəhərinə 534 ailənin, yəni 1971 nəfərin daimi məskunlaşması təmin edilib.

Burada yeni evlər, məktəblər, mədəniyyət sarayları tikilir, yollar, tunellər çəkilir, körpülər salınır, elektrik stansiyaları qurularaq istismara verilir. İstifadəsi 2025-ci ildə nəzərdə tutulmuş  Beynəlxalq Hava limanı inşa edilir.

Bir sözlə işğaldan azad edilmiş torpaqlarımız cənnətə çevrilir.


Mail Əsgərov
Baş leytenant, 2-ci dərəcə Vətən müharibəsi əlili, Abşeron rayon sakini
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pakistan açıqladı: Əfqanıstan tərəfinin itkiləri 1500 nəfəri keçib
05:41 16.03.2026
Pakistan açıqladı: Əfqanıstan tərəfinin itkiləri 1500 nəfəri keçib
Kubada etirazçılar inzibati binaları dağıdır, saxlanılanlar var
04:24 16.03.2026
Kubada etirazçılar inzibati binaları dağıdır, saxlanılanlar var
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
02:32 16.03.2026
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
01:39 16.03.2026
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
01:07 16.03.2026
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
00:24 16.03.2026
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
00:07 16.03.2026
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
23:53 15.03.2026
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
Daha bir güləşçimiz Avropa çempionu oldu
23:40 15.03.2026
Daha bir güləşçimiz Avropa çempionu oldu
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
23:34 15.03.2026
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
23:24 15.03.2026
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
23:07 15.03.2026
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
23:03 15.03.2026
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
22:55 15.03.2026
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
Qubada müəllim dəm qazından boğularaq ölüb
22:44 15.03.2026
Qubada müəllim dəm qazından boğularaq ölüb
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu
22:28 15.03.2026
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu