"Laçın rayonu həm döyüş meydanında, həm də siyasi yolla azad edildi"

"Laçın rayonu həm döyüş meydanında, həm də siyasi yolla azad edildi"
SİYASƏT
12:35 30.03.2023
349
Laçın rayonu strateji əhəmiyyətə malik bir rayondur. 1992-ci il may ayının 18-də Laçın rayonunun xəyanət nəticəsində bədnam qonşularımız tərəfindən işğal edildikdən sonra bir-birinin ardınca digər rayonlar işğala məruz qald və köçkün karvanlarının sayı çoxaldı. Çünki Ermənistandan Qarabağa gedən yol məhz Laçın rayonundan keçirdi. 

İşğaldan sonra Laçın rayonunun əhalisi ölkənin müxtəlif rayonlarında məskunlaşdı. İşğala qədər rayonda 1 şəhər, 1 qəsəbə, 125 kəndi olan Laçın əhalisi məcburi köçkün kimi ölkəmizin 58 şəhər və rayonlarında məskunlaşdılar. Öz dədə-baba yurdlarından ayrı düşmələrinə baxmayaraq adət-ənənələrini qoruyub saxladılar. 

Laçın igidlər məskənidir. Həm 1-ci, həm də 2-ci Qarabağ müharibəsində Laçının mərd oğulları öz igidlikləri ilə seçildilər. 285 nəfəri şəhid oldu. Müharibədə şücaət göstərmiş laçınlılardan 5 nəfəri Azərbaycan Milli Qəhrəmanı adına layiq görüldü. 

Biz Laçını həm döyüş meydanında, həm də siyasi yolla qaytardıq. 2-ci Qarabağ müharibəsi dövründə Laçın rayonunun işğaldan azad edilməsi əsas vəzifələrdən biri idi. Məhz Laçın rayonunun cənub hissəsi döyüşərək azad edildi.  

Bu gün Laçın rayonunun Ermənistanın işğalından azad edilməsindən 3 il ötür . 44 günlük Vətən Müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ermənistan üzərində şanlı qələbə qazanaraq torpaqlarımızın 30 ilə yaxın davam edən işğalına son qoyuldu. 

Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın imzaladığı 10 noyabr tarixli bəyanata əsasən, Laçın rayonu dekabrın 1-də Azərbaycana geri qaytarıldı. Buna qədər ordumuz böyük qəhrəmanlıq nümayiş etdirərək Laçın rayonunun bir neçə kəndini işğaldan azad etmişdir. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 2020-ci il fevralın 14-də Laçın rayonuna səfəri zamanı Güləbird kəndində Azərbaycan bayrağını qaldırdı. 

Bu gün işğaldan azad olunmuş digər ərazilərimiz kimi Laçın rayonunda da böyük quruculuq, abadlıq işləri həyata keçirilir. Laçında inşa olunan və 2025-ci ildə istifadəyə verilməsi planlaşdırılan hava limanı bölgənin beynəxalq statusunu artıracaqdır. İşğaldan azad edilmiş rayonumuzda yol infrastrukturunun da tikintisi diqqətdə saxlanılır. Prezident İlham Əliyevin sərəncamına əsasən, tikilən Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 72.8 kmdir. 

Bu gün Laçına yeni həyat qayıdır. İllərlə yurd həsrəti çəkən sakinlərin qayıdışı ilə Laçın daha da gözəlləşib canlanacaq. Eyni zamanda Laçın şəhərində Heydər Əliyev Fondunun xətti ilə məscid inşa ediləcək. 28 mart 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Məsim Məmmədov Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Prezidentin xüsusi nümayəndəsi təyin olundu. Prezident İlham Əliyev Məsim Məmmədovu qəbul edərkən bu sözləri deyib: "Siz Laçın rayonunda Prezidentin xüsusi nümayəndəsi vəzifəsinə təyin edilirsiniz. Sizə böyük etimad göstərilir. Əminəm ki, siz bu etimadı doğruldacaqsınız. Laçın rayonu ölkəmizin ən böyük rayonlarından biridir. Rayonun böyük potensialı var. Əlbəttə ki, Laçın rayonuna qayıdacaq keçmiş məcburi köçkünlər bundan sonra Laçında rahat yaşamalıdırlar və Azərbaycan dövləti bunu təmin edəcək”.
Mən də bir şəhid atası kimi Ali Baş Komandanımız İlham Əliyevin apardığı siyasəti dəstəkləyir, öz ata-baba yurdumuzu bizə qaytardığı üçün və doğma Laçınımızda quruculuq işləri apardığı üçün laçınlılar adından, Laçın rayon Çıraqlı kənd sakinləri adından dərin təşəkkürümü bildirirəm və doğma yurduma - Laçınıma qayıdacağım günü səbirsizliklə gözləyirəm.

Mamed Əhmədov
Vətən Müharibəsi şəhidi Mənsur Əhmədovun atası, əslən Laçınlı olan Abşeron rayon sakini
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Türkiyə XİN: Qafqazla bağlı gözlədiyimiz nəticə çox önəmlidir
23:58 14.03.2025
Türkiyə XİN: Qafqazla bağlı gözlədiyimiz nəticə çox önəmlidir
“Qalatasaray" "Antalyaspor"u böyük hesabla məğlub edib
23:53 14.03.2025
“Qalatasaray" "Antalyaspor"u böyük hesabla məğlub edib
Leyla Əliyeva və Arzu Əliyeva şəhid anaları ilə iftar məclisində iştirak ediblər
23:39 14.03.2025
Leyla Əliyeva və Arzu Əliyeva şəhid anaları ilə iftar məclisində iştirak ediblər
Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionatında qızıl medal qazanıb
23:20 14.03.2025
Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionatında qızıl medal qazanıb
Zelenski: Ukrayna ordusu Kursk əməliyyatı ilə öz vəzifəsini yerinə yetirib
23:01 14.03.2025
Zelenski: Ukrayna ordusu Kursk əməliyyatı ilə öz vəzifəsini yerinə yetirib
Britaniya Azərbaycanla Ermənistanı sülh sazişini imzalamağa çağırıb
22:50 14.03.2025
Britaniya Azərbaycanla Ermənistanı sülh sazişini imzalamağa çağırıb
Milli Qəhrəmanın atası vəfat etdi
22:29 14.03.2025
Milli Qəhrəmanın atası vəfat etdi
İtaliya Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının yekunlaşmasını alqışlayır
22:07 14.03.2025
İtaliya Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının yekunlaşmasını alqışlayır
Leyla Əliyeva və Arzu Əliyeva UNEC-də distant Çin dili təhsili alan tələbələrlə görüşüblər
22:00 14.03.2025
Leyla Əliyeva və Arzu Əliyeva UNEC-də distant Çin dili təhsili alan tələbələrlə görüşüblər
G7 Ukrayna ilə atəşkəsdən imtina halında Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqini müzakirə edib
21:53 14.03.2025
G7 Ukrayna ilə atəşkəsdən imtina halında Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqini müzakirə edib
Bəşir Süleymanlı ilə birgə saxlanılan Altay Məmmədzadə həbs edilib.
21:44 14.03.2025
Bəşir Süleymanlı ilə birgə saxlanılan Altay Məmmədzadə həbs edilib.
Sumqayıtda sərnişin avtobusu piyadanı vuraraq öldürüb
21:39 14.03.2025
Sumqayıtda sərnişin avtobusu piyadanı vuraraq öldürüb
Baş nazirin müavini: Mineral resurslarla bağlı saziş üzrə danışıqlar başa çatıb, Ukrayna imzalanma tarixini gözləyir
21:34 14.03.2025
Baş nazirin müavini: Mineral resurslarla bağlı saziş üzrə danışıqlar başa çatıb, Ukrayna imzalanma tarixini gözləyir
BMT: Azərbaycan - Ermənistan arasında müzakirələri alqışlayırıq
21:26 14.03.2025
BMT: Azərbaycan - Ermənistan arasında müzakirələri alqışlayırıq
Putin Kurskdakı ukraynalı hərbçilərə təslim olmağı təklif edib
21:11 14.03.2025
Putin Kurskdakı ukraynalı hərbçilərə təslim olmağı təklif edib
Bəşir Süleymanlı həbs edildi
21:06 14.03.2025
Bəşir Süleymanlı həbs edildi