Laçın sakinlərindən 7 tüfəng götürülüb

Laçın sakinlərindən 7 tüfəng götürülüb
SOSİAL
18:35 25.01.2024
147
Laçın Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində vətəndaşlar tərəfindən odlu silahların könüllü şəkildə təhvil verilməsi təmin edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZXEBER.COM-a bildirilib ki, tədbirlər zamanı polis əməkdaşları müxtəlif kalibrli 7 tüfəngi təhvil götürüblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.
OXŞAR XƏBƏRLƏR