Lalə Şövkət Milli Şuranı yıxıb-sürüdü

Lalə Şövkət Milli Şuranı yıxıb-sürüdü
SİYASƏT
10:00 07.09.2013
1896

Sabiq dövlət katibi, ALP lideri Lalə Şövkət Milli Şuranı tərk etmələrinin səbəbini açıqlayıb.

AZXEBER.COM “Virtualaz.org”-a istinadən xəbər verir ki, ALP lideri açıqlamasında ilk öncə bildirib ki, təmsil olunmadığı təşkilatı tərk edə bilməzdi.“Milli Şuranın yaradılması haqda danışıqlar Eldar Namazov, AXCP və Müsavat arasında 4 ay müddətində bağlı qapılar arxasında gedirdi. Yeni layihənin mahiyyəti barədə heç kimin təsəvvürü yox idi. Mən bu koalisiyanın formalaşdırılmasına ancaq Rüstəm İbrahimbəyovun zəngindən sonra qoşuldum”, - deyən L.Şövkətin sözlərinə görə, məhz R.İbrahimbəyov ona situasiya haqda məlumat verib və yeni müxalifət koalisiyasına daxil olmağını xahiş edib:“Biz İbrahimbəyovla hələ Moskvadan yaxşı tanış idik və mən onun təklifini qəbul etdim”.Onun dediyinə görə, o, hələ o zaman R.İbrahimbəyova deyib ki, Milli Şurada onun üçün qəbuledilməz insanlar təmsil olunub və onlarla bir masa arxasında oturmağı özünə rəva bilmir:“Belə razılaşma oldu ki, mən bu təşkilatın tədbirlərində ancaq Rüstəm İbrahimbəyov Azərbaycana qayıdışından sonra iştirak edəcəyəm. Bundan sonra Eldar Namazov ilk dəfə mənə yalnız iyun ayında zəng etdi.R.İbrahimbəyov Rusiya vətəndaşlığı məsələsini həll edə bilməyəndən sonra E.Namazov, Sülhəddin Əkbər və Mirmahmud Mirəlioğlu mənimlə görüşə gəldilər.Biz bu situasiyanı ətraflı müzakirə etdik və mən onlara bildirdim ki, bu layihə nə strateji, nə taktiki baxımdan düzgün düşünülməyib”.Açıqlamasında daha sonra “Yeni Müsavat” qəzetinə və Müsavat Partiyasına ittihamlar səsləndirən ALP lideri ona qarşı kampaniya aparanları mənəviyyatsızlıqda ittiham edib:“Belə də mənəviyyatsızlıq olar? Belə adamlarla işləmək mümkün deyil. Onlar daim məni ittiham edirlər ki, Heydər Əliyevin vaxtında az qala ölkədə əsas adam olmuşam, Heydər Əliyevlə işləmişəm. Bəli, işləmişəm, Heydər Əliyevin komandasında olmuşam.Bu, həyatımın bir səhifəsidir və ondan heç vaxt imtina etmərəm”.L.Şövkət eyni zamanda vurğulayıb ki, bunlar heç bir vəchlə nə şəxsiyyət kimi, nə siyasətçi kimi Heydər Əliyevin səviyyəsinə çata bilməzlər.“Mən bunu açıq bəyan edirəm və sözümün üstündə dururam. Əgər onlar Heydər Əliyev siyasətini qəbul etmədiklərini bildirilərsə, biz də bunların siyasətinin törətdiyi faciələri görmüşük. Heydər Əliyev üçün 1993-cü ildə Naxçıvana təyyarə göndərənlər və gəlişi üçün yalvaranlar bunlar olub. Bu, tarixdir. Və heç kim bunu yaddan çıxarmayıb.O da bir tarixdir ki, 1998-ci ildə ANS telekanalına verdiyi müsahibəsində mərhum Elçibəy açıq bəyan etmişdi ki, “müxalifət qəzetləri iki siyasətçini vurur – məni və Lalə Şövkəti”.Bu gün İbrahimbəyova qarşı çirkin kampaniya aparanlar 1998-ci ildə eynilə çirkin kampaniyanı Elçibəyə qarşı aparırdılar. Tarix və insanlar bunu yaddaşda həkk ediblər. İndi nə oldu ki, həmən bu adamlar özünü “elçibəyçilər” adlandırırlar?Niyə görə 1998-ci ildə mən Elçibəyin vahid namizəd olmasını təkid edəndə buna qarşı İsa Qəmbər çıxırdı? Hamı yaxşı bilir ki, məhz İsa Qəmbər Elçibəyin vahid namizədliyinə qarşı çıxdı. İndi deyin görüm, kimdir elçibəyçi?” - deyə, L.Şövkət sözlərinə əlavə edib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
02:36 11.03.2026
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
01:49 11.03.2026
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
01:12 11.03.2026
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
00:22 11.03.2026
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
"Qalatasaray" tarixi qələbə qazandı
00:08 11.03.2026
"Qalatasaray" tarixi qələbə qazandı
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
23:47 10.03.2026
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
23:38 10.03.2026
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
23:31 10.03.2026
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
23:21 10.03.2026
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
23:14 10.03.2026
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
23:12 10.03.2026
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
23:06 10.03.2026
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
22:59 10.03.2026
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
22:54 10.03.2026
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
22:51 10.03.2026
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
Sabah bu ərazilərdə işıq olmayacaq
22:46 10.03.2026
Sabah bu ərazilərdə işıq olmayacaq