Lamin Yamalın atası hava limanında qalmaqal yaratdı

Lamin Yamalın atası hava limanında qalmaqal yaratdı
İDMAN
03:46 28.10.2026
220
"Barselona"nın 19 yaşlı vingeri Lamin Yamalın atası Munir Nasraui Barselona hava limanında dava salmaqda ittiham olunur.

Bu barədə "El Español" nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, hadisə hava limanının kafeteriya zonasında baş verib. Nasraui gödəkçəsini buna icazə verilməyən yerdə qoyduğu üçün müəssisənin əməkdaşı ona irad bildirib. Bundan sonra tərəflər arasında mübahisə yaranıb və Nasraui qadının üzünə tüpürüb.

Ofisiantı müdafiə etmək istəyən hava limanının ziyarətçilərindən biri də münaqişəyə qoşulub. Nasraui stul götürərək həmin şəxsin üzərinə atmağa cəhd edib.
 
///oxu.az///
OXŞAR XƏBƏRLƏR