Müğənni Lamiyə Novuzova yaradıcılıqıyla baqlı gecce.az-a danışdı.
Lamiyə Novruzova geccə.az saytına yaradıcılığındakı yeniliklər barədə açıqlama verib: “ Yeni mahnılar və klip üzərində çalışıram. Bir neçə gün öncə isə fotossesiyamı təqdim etdim”.
“Sizi bəzən Günay İbrahimliyə bənzədirlər. Buna münasibətiniz necədir?” sualını isə Lamiyə Novruzova belə cavablandırıb :Şəxsən mən Günay İbrahimli ilə öz aramda heç bir oxşarlıq görmürəm. Mənim nə səsim, nə də xarici görkəmim ona oxşayır. Yox, əgər tamaşaçı və ya dinləyici Günayı mənə bənzədirsə, bu, artıq başqa məsələdir. O, mənə bənzəyə bilər, mən ona yox. Mən Günay İbrahimlidən həm sənət, həm də yaş fərqinə görə böyüyəm. Odur ki, onu mənə bənzədə bilərlər”.