‘Lamiyəyə təcavüz olub-olmamasına aydınlıq gətirilməsini istəyirəm’ – Elçin Behbudov

‘Lamiyəyə təcavüz olub-olmamasına aydınlıq gətirilməsini istəyirəm’ –  Elçin Behbudov
SİYASƏT
12:05 23.01.2015
3588

Elçin Behbudov ittihamlara cavab verdi

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin rəhbəri Elçin Behbudov barəsində səsləndirilən ittihamlara cavab olaraq AZXEBER.COM-a açıqlama verdi:

“Mən 4 saylı çəzaçəkmə müəssisəsində çəza çəkən Lamiyə Quliyevaya qarşı zorakılığın, təcavüzün olub-olmamasına aydınlıq gətirilməsini istəyirəm. Respublikanın Baş prokuroru Zakir Qaralova etdiyim müraciətimin mətninin mahiyyətində də bunu açıq-aydın vurğulamışam. Mən istər mətbuata əvvəlki dövrlərdə verdiyim müsahibələrimdə, istərsə də, Lamiyə Quliyevanın qapalı müəssisədə olduğu müddətdə uşaq dünyaya gətirməsi ilə bağlı kimsənin – o cümlədən, 4 saylı cəzaçəkmə müəssisəsinin keçmiş rəisi olmuş Müzəffər Məmmədovun da daxil heç kimin adını çəkməmişəm, ittiham etməmişəm”.

Qeyd edək ki, E.Behbudov haqqında onun keçmiş işçisi olmuş və hazırda məhkum həyatı yaşayan Süleyman Süleymanov da bəzi fikirlər səsləndirib. S.Süleymanov deyib ki, E.Behbudov ona azadlığa çıxmaq üçün kömək etmir. Komitə rəhbərinin səsləndirilən fikirlərə münasibəti belə oldu:

“14 saylı cəzaçəkmə müəssisəsində çəza çəkən məhkum Süleyman Süleymanovun barəmdə söylədiyi fikirlərə gəldikdə isə sizə bunları demək istəyirəm. Süleyman Nazim oğlu Süleymanov 2013-cü ilin sentyabr ayında İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin İdarə Heyətinin qərarı ilə fəaliyyətində yol verdiyi nöqsanlara görə, işindən kənarlaşdırılıb. O, 2014-cü ildə Xəzər Rayon Məhkəməsinin hökmü ilə dələduzluğa görə, 3 il 7 ay müddətinə azadlıqdan məhrum edilib. Onun komitə üzvü kimi vəsiqəsi də hazırda məndədir. Onun anası məhkəmə prosesi getdiyi zaman oğluna kömək etmək xahişi ilə yanıma gəlmişdi. Mən o vaxt bu məsələ ilə əlaqədar Xəzər Rayon Məhkəməsinin sədri İlqar Qaralova müraciət etdim. O isə bildirdi ki, Süleyman Süleymanov barəsində şərti cəza verilməsi mümkün deyil”.

E.Behbudov sonra qeyd etdi ki, bu hadisələrdən ona qarşı kampaniya kimi istifadə etməyə çalışırlar, amma mən qərəzli fəaliyyət göstərmədiyim üçün bu cür açıqlamaların söylənilməsinə sadəcə, təəssüf edirəm.

Bir məqamı vurğulamaq istəyirik. Ədliyyə nazirliyi Penitensiar Sistem, eləcə də, Ombudsman Aparatının əməkdaşları da Lamiyə Quliyevanın qapalı müəssisədə - cəzaçəkmə müəssisəsində uşaq dünyaya gətirməsi məsələsi ilə bağlı araşdırma apardıqlarını bildiriblər. Bu olaya aydınlıq gətirəcək əsas şəxs isə L.Quliyevanın özüdür. Maraqlıdır ki, vaxtilə L.Quliyevanın nişanlısı olmuş və hazırda Qobustan qapalı müəssisəsində cəza çəkən məhkum Vüqar Əliyevə, 14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Süleyman Süleymanova açıqlama vermək üçün şərait yaradıldığı halda, 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum L.Quliyevaya belə bir fürsət tanınmır.

Orxan

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Məktəblərdə çəkilişə icazə vermirlər, elə bil nəsə törədəcəyik" - Aktyor nazirliyə etiraz etdi
13:24 21.05.2025
"Məktəblərdə çəkilişə icazə vermirlər, elə bil nəsə törədəcəyik" - Aktyor nazirliyə etiraz etdi
Bakıda Sağlamlıq Mərkəzinin direktoru kimlərdən rüşvət alıb? –FAKTLAR
13:22 21.05.2025
Bakıda Sağlamlıq Mərkəzinin direktoru kimlərdən rüşvət alıb? –FAKTLAR
Lavrov: "3+3" formatında üçüncü görüş hazırlanır
13:07 21.05.2025
Lavrov: "3+3" formatında üçüncü görüş hazırlanır
İlham Əliyev Budapeştdə TDT-nin Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında iştirak edir
13:05 21.05.2025
İlham Əliyev Budapeştdə TDT-nin Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında iştirak edir
Mirzoyan: Azərbaycanla sülh sazişinin tezliklə imzalanması mümkündür
13:01 21.05.2025
Mirzoyan: Azərbaycanla sülh sazişinin tezliklə imzalanması mümkündür
Kral ailəsi "Bağ şənliyi"ndə iştirak edib - FOTOLAR
12:57 21.05.2025
Kral ailəsi "Bağ şənliyi"ndə iştirak edib - FOTOLAR
Azərbaycanlı gənc Mayamidə faciəvi şəkildə öldü
12:45 21.05.2025
Azərbaycanlı gənc Mayamidə faciəvi şəkildə öldü
Kişiyə ayaqqabısını öpdürən qadınla bağlı - Rəsmi açıqlama
12:42 21.05.2025
Kişiyə ayaqqabısını öpdürən qadınla bağlı - Rəsmi açıqlama
“BakuBus”da ata qızını döydü - VİDEO
12:32 21.05.2025
“BakuBus”da ata qızını döydü - VİDEO
Nəzakət Teymurovanın möhtəşəm konserti baş tutdu
12:25 21.05.2025
Nəzakət Teymurovanın möhtəşəm konserti baş tutdu
Nəfəsdən iddia: Səsimi batırmaq üçün çayıma dərman atıblar
12:21 21.05.2025
Nəfəsdən iddia: Səsimi batırmaq üçün çayıma dərman atıblar
İlon Maska gözlənilməz zərbə - Şirkətlərinin reputasiyası aşağı düşür
12:11 21.05.2025
İlon Maska gözlənilməz zərbə - Şirkətlərinin reputasiyası aşağı düşür
Sanatoriyaya yerləşdirilən Xalq artistindən səhhəti ilə bağlı  AÇIQLAMA
12:11 21.05.2025
Sanatoriyaya yerləşdirilən Xalq artistindən səhhəti ilə bağlı AÇIQLAMA
Pakistan məktəb avtobusuna hücumda Hindistanı günahlandırır
12:03 21.05.2025
Pakistan məktəb avtobusuna hücumda Hindistanı günahlandırır
Mətbuat Şurasının Sosial Media ilə Əlaqələr Komissiyasından sosial media istifadəçilərinə MÜRACİƏT
11:58 21.05.2025
Mətbuat Şurasının Sosial Media ilə Əlaqələr Komissiyasından sosial media istifadəçilərinə MÜRACİƏT
CNN: İsrail İranın nüvə obyektlərinə hücum etməyə hazırlaşır
11:50 21.05.2025
CNN: İsrail İranın nüvə obyektlərinə hücum etməyə hazırlaşır