'Land of fire Azerbaijan' - Avropada ən uğurlu reklam

İDMAN
16:58 07.01.2013
2053

Gündəlik olaraq 400 min tirajla çap olunan və ölkənin ən çox satılan idman nəşri olan "Sovetsliy Sport" 2012-ci ilin son həftəsini dəyərləndirib.

İllik tirajı milyonlarla ölçülən qəzetin fikrincə, "Atletiko" Madrid klubunun oyun forması üzərində yer alan "Land of fire Azerbaijan" (Odlar Yurdu Azərbaycan) Avropada ən effektli reklam vasitəsi kimi ilk sırada yer alır. Bu sahədə araşdırma aparan rusiyalı jurnalistlər reklam vasitəsinin "Bakı" futbol klubu və "Atletiko" Madrid arasında imzalanan əməkdaşlıq müqaviləsinin tərkib hissəsi olduğunu qeyd edərək, əldə olunan anlaşma əsasında klubların oyunçu təcrübəsi, mütəxəssis mübadiləsi, yoldaşlıq oyunlarının təşkili, uşaq futbolunun inkişafı istiqamətlərində böyük bir layihəyə imza atdıqlarını qeyd edirlər.

"Bakı" futbol klubu və "Atletiko" Madrid arasında başlanan əməkdaşlığa yüksək qiymət verən "Sovetskiy sport" İspaniya klubunun idarə heyətinin sədri Migel Angel Hil Marinin "bu reklam bizim Azərbaycana və onun qədim xalqına olan hörmətimizin göstəricisidir" sözlərini sitat gətirib.

Rusiyanın ən qədim və köklü idman qəzeti Migel Angel Hil Marinin "oyun formalarında yerləşdirilən "Land of fire Azerbaijan" bizim hədiyyəmizdir və buna görə klubumuza heç bir vəsait ödənilməyib" ifədəsini xüsusi qeyd edərək, adıçəkilən reklam vasitəsinə Avropada həftənin reklamı kimi yüksək qiymət verib.

azerisport.az

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

15:09 13.02.2025

"Turan" İnformasiya Agentliyi fəaliyyətini dayandırır

15:03 13.02.2025

Yeni yaranan ulduzu görüntüləmək mümkün oldu - FOTOLAR

15:01 13.02.2025

"Televiziya auditoriyasının alıcılıq qabiliyyəti daha yüksəkdir" - Rolan Mammadlinski

14:49 13.02.2025

Bu ölkədə ev heyvanlarına pasport almaq məcburi oldu - FOTOLAR

14:48 13.02.2025

"Nike" və "Adidas"a rəqib olan məşhur geyim şirkəti iflas etdi

14:44 13.02.2025

Elnur Bağırov təbii inhisarçılarla "vuruşa" biləcəkmi yaxud "vuruşmaq" istəyəcəkmi?

14:42 13.02.2025

Ukraynada Poroşenko və bir sıra şəxslərə qarşı sanksiyalar tətbiq edildi

14:38 13.02.2025

Azərbaycan millisinin baş məşqçisi mükafata layiq görüldü

14:38 13.02.2025

"Qalatasaray" və "Fənərbağça"nın oyunları saat neçədə, hansı telekanalda?

14:37 13.02.2025

Münxendə avtomobil izdihamın üzərinə sürülüb, xəsarət alanlar var

14:36 13.02.2025

Alişan Sevgililər günündə həyat yoldaşına Ümrə ziyarəti hədiyyə etdi

14:34 13.02.2025

İsrailin hədəfi yenə İran oldu - ABŞ mediası mühüm faktları açıqladı

14:23 13.02.2025

Burak Özcivit ilə şəkil çəkdirməyə görə 1 milyon ödəyib? - AÇIQLAMA

14:18 13.02.2025

Somali Prezidenti Səngəçal neft terminalı ilə tanış olub

14:04 13.02.2025

Koreyalı alimlər xərçəng hüceyrələrini normallaşdıran üsul tapdılar

14:01 13.02.2025

“Sputnik Azərbaycan” və "BBC Azerbaycanca" ilə bağlı qərar verildi