Lapşin İsrailə təhvil verilməsi üçün müraciət edib

Lapşin İsrailə təhvil verilməsi üçün müraciət edib
SOSİAL
17:57 26.07.2017
962
Azərbaycanda həbsdə olan bloqger Aleksandr Lapşinin barəsində olan hökmdən apellyasiya şikayəti verməkdən imtina edib.
 
Bu barədə APA-ya onun vəkili Eduard Çernin məlumat verib. Vəkil bildirib ki, A. Lapşin bu gün İsrailin Azərbaycandakı səfirliyinin nümayəndələri ilə görüşüb və onlara İsrailə ekstradisiya olunmaq istədiyini deyib. Vəkil deyib ki, A. Lapşinin İsrailə verilməsi istiqamətində işlər aparılacaq. Qeyd edək ki, Aleksandr Lapşin iyulun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il müddətinə azadlıqdan məhrum edilib.
 
A.Lapşinə qarşı Cinayət Məcəlləsinin 281.2 (Hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma- Eyni əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi üzrə irəli sürülən ittihama xitam verilib. Məhkəmə bu maddə üzrə ittihamın təsdiqini tapmaması qənaətinə gəlib. Xatırladaq ki, prokuror A. Lapşinin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 6 il 6 ay müddətində azadlıqdan məhrum edilməsini istəyib. A. Lapşin məhkəmədə son söz deyərkən verilən ittihamları qəbul etmədiyini bildirib. A. Lapşin Azərbaycan xalqına mənəvi əzab verdiyi üçün peşman olduğunu deyib: "Mənim Azərbaycan xalqı qarşısında günahım yalnız mənəvi sahədədir, heç bir halda hüquqi müstəvidə deyil. Mən başa düşürəm ki, Qarabağ Azərbaycan üçün nə qədər vacibdir. Men heç bir halda erməni hakimiyyəti ilə cinayət əlaqəsinə girməmişəm". A. Lapşin Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacağına ümid etdiyini deyib: "Mən peşmanam ki, Qarabağa səfər edərək, işğal nəticəsində əziyyət çəkən sakinlərə mənəvi əzab vermişəm. Mənim işğal haqqında təsəvvürüm olmayıb. Burda olanda da mənə yaxşı münasibət göstərilib".
 
Qeyd edək ki, ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A. Lapşin Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə Azərbaycan Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaqı aparılan cinayət işi əsasında təqsirləndirilən şəxs qismində cəlb edilərək beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycan Respublikasına ekstradisiya edilib. A.Lapşin Cinayət Məcəlləsinin 281.2 (dövlətə qarşı açıq çağırışlar) və 318.2 (sərhədi qanunsuz keçmək) maddələri üzrə ittiham olunur.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Fransa klubu İngiltərə millisinin sabiq futbolçusu ilə yollarını ayırıb
19:45 21.06.2025
Fransa klubu İngiltərə millisinin sabiq futbolçusu ilə yollarını ayırıb
Rusiya - Afrika XİN başçılarının ikinci forumu Qahirədə keçiriləcək
19:34 21.06.2025
Rusiya - Afrika XİN başçılarının ikinci forumu Qahirədə keçiriləcək
Lukaşenko Trampın Ukrayna üzrə xüsusi elçisi ilə görüşüb
19:20 21.06.2025
Lukaşenko Trampın Ukrayna üzrə xüsusi elçisi ilə görüşüb
BMT-nin fələstinli qaçqınlarla bağlı təşkilatının Ankara təmsilçiliyi açılacaq
19:09 21.06.2025
BMT-nin fələstinli qaçqınlarla bağlı təşkilatının Ankara təmsilçiliyi açılacaq
İlham Əliyevin müraciəti BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb
19:06 21.06.2025
İlham Əliyevin müraciəti BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb
İtaliya XİN: 60-a yaxın vətəndaşımız İrandan Azərbaycana təxliyə edilib
18:59 21.06.2025
İtaliya XİN: 60-a yaxın vətəndaşımız İrandan Azərbaycana təxliyə edilib
İsrail Şirazda hərbi mərkəzə zərbə endirib
18:46 21.06.2025
İsrail Şirazda hərbi mərkəzə zərbə endirib
Bəşər Əsədin əmisi oğlu saxlanılıb
18:37 21.06.2025
Bəşər Əsədin əmisi oğlu saxlanılıb
Cekson görünüşünə görə kompleks yaşayırmış
18:18 21.06.2025
Cekson görünüşünə görə kompleks yaşayırmış
Almaniya XİN İrandakı səfirliyini qonşu ölkəyə köçürüb
18:05 21.06.2025
Almaniya XİN İrandakı səfirliyini qonşu ölkəyə köçürüb
Ülviyyə Zülfiqar yeni vəzifəyə TƏYİN EDİLDİ
17:57 21.06.2025
Ülviyyə Zülfiqar yeni vəzifəyə TƏYİN EDİLDİ
İsrailin İrana endirdiyi zərbə nəticəsində daha bir nüvə alimi öldürülüb
17:53 21.06.2025
İsrailin İrana endirdiyi zərbə nəticəsində daha bir nüvə alimi öldürülüb
"Düzgün həyat tərzi – uğurlu və xoşbəxt həyatın təməlidir" - Əməkdar artist
17:42 21.06.2025
"Düzgün həyat tərzi – uğurlu və xoşbəxt həyatın təməlidir" - Əməkdar artist
Qabiliyyət imtahanlarına start verildi
17:33 21.06.2025
Qabiliyyət imtahanlarına start verildi
"Azərbaycanda kazinoların fəaliyyətinə icazə verilməsi turizm infrastrukturunun daha da inkişaf etdirilməsi üçündür"
17:16 21.06.2025
"Azərbaycanda kazinoların fəaliyyətinə icazə verilməsi turizm infrastrukturunun daha da inkişaf etdirilməsi üçündür"
Makron İrandan nüvə proqramının sülh xarakterinə dair zəmanətlər tələb edib
17:00 21.06.2025
Makron İrandan nüvə proqramının sülh xarakterinə dair zəmanətlər tələb edib