Lapşinin anası İlham Əliyevdən oğlunun əfv edilməsini istədi

Lapşinin anası İlham Əliyevdən oğlunun əfv edilməsini istədi
SİYASƏT
11:13 21.01.2017
1193
Bloger Aleksandr Lapşinin anası Azərbaycan prezidenti İlham Əliyevə müraciət edərək, oğlunun əfv olunmasını istəyib.

Bu barədə Belarusdakı İsrail konsulu Yuliya Raçinska-Spivakova bildirib.

Lapşinin İsrail vətəndaşı olan və elə orada da yaşayan anası əfv xahişi ilə məktubu İsrail XİN-ə yollayıb. Bu ölkənin xarici siyasət idarəsi həmin məktubu Azərbaycan tərəfinə təqdim etməlidir.

Azərbaycanın tələbi ilə Belarus hüquq-mühafizə orqanları tərəfindən saxlanılmış Lapşin özü də İlham Əliyevin adına məktub yazaraq üzr istəyib. Sözügedən məktub Raçinski-Spivakovanın iştirakı ilə imzalanıb.

Bu barədə "Sputnik Armenia” agentliyi "RİA Novosti”yə istinadən xəbər verib.


Məktubunda Lapşin hərəkətlərinin sadəlövhlük üzündən edildiyini bildirir və onlara görə üzr istəyir. Məktub notarial qaydada Belarusdakı İsrail səfirliyinin konsulu tərəfindən təsdiqlənib və İsrail səfirliyi vasitəsilə Bakıya – Azərbaycan prezidentinin administrasiyasına baxılmaq üçün göndərilib.

Xatırladaq ki, üç ölkənin (Rusiya, İsrail və Ukrayna) vətəndaşı olan Aleksandr Lapşin 2016-cı ilin dekabrında Azərbaycanın tələbi ilə Belarusda saxlanılıb. Belə ki, 2011-ci ilin aprelində və 2012-ci ilin oktyabrında Lapşin işğalçı rejimin beynəlxalq aləmdə təşviqatı məqsədilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə qeyri-qanuni səfərlər edib. Bundan əlavə, o, 2016-cı ilin 6 aprel və 29 iyun tarixlərində Azərbaycanın ərazi bütövlüyünün əleyhinə kütləvi çağırışlar edib və işğalçı rejimin "müstəqilliyini” dəstəklədiyini bildirib.

Dünən Lapşinin Belarus tərəfindən Azərbaycana təhvil verilməsi barədə xəbərlər yayılıb.
///Virtualaz.org
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
02:32 16.03.2026
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
01:39 16.03.2026
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
01:07 16.03.2026
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
00:24 16.03.2026
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
00:07 16.03.2026
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
23:53 15.03.2026
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
Daha bir güləşçimiz Avropa çempionu oldu
23:40 15.03.2026
Daha bir güləşçimiz Avropa çempionu oldu
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
23:34 15.03.2026
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
23:24 15.03.2026
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
23:07 15.03.2026
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
23:03 15.03.2026
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
22:55 15.03.2026
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
Qubada müəllim dəm qazından boğularaq ölüb
22:44 15.03.2026
Qubada müəllim dəm qazından boğularaq ölüb
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu
22:28 15.03.2026
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu
Avtobusdakı görüntüləri gündəm oldu
22:16 15.03.2026
Avtobusdakı görüntüləri gündəm oldu
Bakıda evlərin sökülməsi gərginlik yaradır: Kiçik mülk sahibləri böyük mənzil tələb edirlər - VİDEO
22:11 15.03.2026
Bakıda evlərin sökülməsi gərginlik yaradır: Kiçik mülk sahibləri böyük mənzil tələb edirlər - VİDEO