"Lapşinin ekstradisiyası beynəlxalq hüquqa əsaslanır" - Vitse-spiker

"Lapşinin ekstradisiyası beynəlxalq hüquqa əsaslanır" - Vitse-spiker
SİYASƏT
15:48 09.02.2017
1017
Bir neçə dövlətin vətəndaşlığını daşıyan Aleksandr Lapşin Azərbaycanın qanunlarını pozaraq işğal altında olan ərazilərə səfər edib, qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğini aparmağa çalışıb, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünə qarşı açıq çağırışlar edib.
AZXEBER.COM  AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası ilə bağlı fikirlərini bölüşən Milli Məclis sədrinin birinci müavini, müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.

Bildirib ki, A.Lapşin Azərbaycan Cinayət Məcəlləsinin iki maddəsi ilə ittiham olunur. Yəni, Baş Prokurorluğun ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb. Bu məsələni siyasiləşdirməyə ehtiyac yoxdur. Söhbət tam hüquqi müstəvidə ikitərkibli cinayət törətmiş bir şəxsin cinayət məsuliyyətinə cəlb olunmasından gedir. "Birincisi Avropa Şurasının "Ekstradisiya" haqqında 1957-ci il 13 dekabr tarixində Parisdə qəbul olunmuş Konvensiyası var. Azərbaycan bu konvensiyanın üzvüdür.

Bu konvensiyanın 6-cı maddəsinə görə də Azərbaycanın həm öhdəlikləri, həm də hüququ var ki, onun ərazisində cinayət törətmiş şəxsi harada olmasından asılı olmayaraq tələb etsin. İkincisi Müstəqil Dövlətlər Birliyinin 1993-cü il də imzalanmış "Mülki ailə və cinayət işləri üzrə münasibətlər haqqında konvensiyasına görə, dövlətlər Müstəqil Dövlətlər Birliyinin hər hansı birinin ərazisində cinayət törətmiş şəxsin digər dövlətə ekstradisiyası haqqında üzərlərinə öhdəlik götürürlər. 2002-ci ildə imzalanmış və 2004-cü ildə qüvvəyə minmiş Kişinyov Konvensiyasında da dövlətlər eyni öhdəliyi üzərlərinə götürürlər. Eyni zamanda, Azərbaycan Respublikasının milli qanunvericiliyi var. 2001-ci ildə biz "ekstradisiya haqqında" qanun qəbul etmişik. Bu qədər hüquqi sənədlər var. Azərbaycan bu sənədlərə əsaslanaraq Belarus Respublikasının mühafizə orqanlarına müraciət edib. Onlar da Beynəlxalq hüququn fundamental prinsiplərinə hörmət edərək Azərbaycanın bu müraciətini yerinə yetiriblər. Bu məsələnin kökü, mahiyyəti beynəlxalq hüquqa əsaslanır", - deyə Ziyafət Əsgərov vurğulayıb.

Komitə sədri qeyd edib ki, Azərbaycan beynəlxalq hüquqa hörmət edən güclü dövlətdir. A.Lapşinin ekstradisiyası Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü xarici siyasətin və diplomatiyamızın parlaq uğurudur. 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pakistan açıqladı: Əfqanıstan tərəfinin itkiləri 1500 nəfəri keçib
05:41 16.03.2026
Pakistan açıqladı: Əfqanıstan tərəfinin itkiləri 1500 nəfəri keçib
Kubada etirazçılar inzibati binaları dağıdır, saxlanılanlar var
04:24 16.03.2026
Kubada etirazçılar inzibati binaları dağıdır, saxlanılanlar var
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
02:32 16.03.2026
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
01:39 16.03.2026
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
01:07 16.03.2026
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
00:24 16.03.2026
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
00:07 16.03.2026
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
23:53 15.03.2026
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
Daha bir güləşçimiz Avropa çempionu oldu
23:40 15.03.2026
Daha bir güləşçimiz Avropa çempionu oldu
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
23:34 15.03.2026
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
23:24 15.03.2026
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
23:07 15.03.2026
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
23:03 15.03.2026
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
22:55 15.03.2026
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
Qubada müəllim dəm qazından boğularaq ölüb
22:44 15.03.2026
Qubada müəllim dəm qazından boğularaq ölüb
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu
22:28 15.03.2026
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu