Laricani ABŞ ilə danışıqların bərpasını təklif edib
DÜNYA
08:41 02.03.2026
265
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ABŞ-a İranın nüvə məsələsi ilə bağlı danışıqları bərpa etməyi təklif edib.
Bu barədə "The Wall Street Journal" qəzeti məlumat yayıb.
Qeyd olunub ki, təklif rəsmi Tehrana qarşı Amerika-İsrail hərbi əməliyyatının başlamasından sonra danışıqlarda vasitəçi kimi çıxış edən Oman vasitəsilə çatdırılıb.
Xatırladaq ki, bir müddət əvvəl ABŞ prezidenti Donald Tramp İranın yeni rəhbərliyinin Vaşinqtonla danışıqlara başlamaq istədiyini bəyan edib.