Laricani Livana səfər edəcək

Laricani Livana səfər edəcək
DÜNYA
16:47 26.09.2025
225
İranın Milli Təhlükəsizlik Şurasının Baş katibi Əli Laricani Livana səfər edəcək.

Bu barədə İranın Beyrutdakı səfirliyi məlumat yayıb.

Səfirlik Laricaninin Hizbullahın keçmiş Baş katibi Seyid Həsən Nəsrullahın ölümünün birinci ildönümünə həsr olunmuş mərasimdə iştirak etmək üçün sabah Livana rəsmi səfər edəcəyini açıqlayıb.

Məlumata görə, Laricani səfər zamanı Livanın yüksək rütbəli rəsmiləri ilə görüşəcək, regional və beynəlxalq məsələləri müzakirə edəcək.
 
\apa
OXŞAR XƏBƏRLƏR