Larisa Dolinanın konsertləri boykot olundu

Larisa Dolinanın konsertləri boykot olundu
MAQAZİN
15:06 02.12.2025
117
Vladivostokda ötən gün keçirilməsi planlaşdırılan Larisa Dolina konserti boykot olunub.
 
AZXEBER.COM Rusiya mətbuatına istinadən xəbər verir ki, dünən 224 yer üçün alınmış bilet geri qaytarılıb.
 
Xabarovskda isə 2 dekabr şousu üçün geri qaytarılmış biletlərin sayı 7-dən 35-ə yüksəlib.
 
Buna səbəb kimi sənətçinin mənzilinin fırıldaqçılar tərəfindən ələ keçirilməsi ilə bağlı vəziyyətdir.

Belə ki, Dolinanın mənzili 112 milyon rubla satılıb. İddialara görə mənzili satan Dolina yox, fırıldaqçılar olub. Məhkəmə Dolinanın lehinə qərar verərək evi müğənniyə geri qatarıb. Bununla da evi alan şəxs həm evsiz, həm də pulsuz qalıb. O, mənzil üçün ödənən pulu geri tələb etsə də nə Dolina, nə də fırıldaqçılar onun pulunu geri qaytarmayıb.
 
Bu hadisə kütlə arasında geniş narazılığa səbəb olub və Dolinanın fırıldaqçılarla əlbir olduğu iddia edilib.
 
Aysel


OXŞAR XƏBƏRLƏR