Latviyalı müğənninin 'Sarı gəlin' şousu

MƏDƏNİYYƏT
13:23 07.11.2012
1589
Latviya Respublikasının “Eurovision 2012 ” təmsilçisi Anmari Heydər Əliyev Sarayında solo-konsert verəcək. Sarayın mətbuat xidmətindən verilən xəbərə görə, noyabrın 27-də keçiriləcək konsert “Sarı Gəlin” adı altında təşkil ediləcək. Anmarini səhnədə 5 nəfərdən ibarət estrada orkestri və 4 nəfərlik rəqs kollektivi müşayiət edəcək. Müğənni bakılı tamaşaçılar üçün “Sarı Gəlin”, “Sən gəlməz oldun” və “Gəl ey səhər” daxil olmaqla 6 Azərbaycan mahnısı ifa edəcək.Bundan əlavə Anmari Latviya xalq mahnıları ilə yanaşı tanınmış latviyalı bəstəkar Raymond Paulsun mahnılarını ifa edəcək.

OXŞAR XƏBƏRLƏR