"ABŞ Ukraynadakı hərbi münaqişədə de-fakto iştirak edir”.
AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Rossiya-1” telekanalının "60 dəqiqə” verilişində bildirib.
Onun sözlərinə görə, Vaşinqton Kiyevə aylar, bəlkə də illərdir silah tədarük edir. S.Lavrov bildirib ki, ABŞ Ukraynaya təkcə silah vermir, həm də peyklərdən hərbi və kommersiya xarakterli məlumatlar ötürür.
Lavrov əlavə edib ki, ABŞ və Avropanın bəzi ölkələrinin hərbçiləri Ukrayna Silahlı Qüvvələrinə çoxsaylı raket buraxılış sistemlərinin istifadəsində köməklik göstərirlər.