Lavrov: Gürcüstanda baş verənlər Kiyevdəki “Maydanı” çox xatırladır

Lavrov: Gürcüstanda baş verənlər Kiyevdəki “Maydanı” çox xatırladır
DÜNYA
18:55 10.03.2023
256
Gürcüstanda baş verənlər Kiyevdəki "Maydanı” çox xatırladır.

Bunu Rusiya XİN rəhbəri Sergey Lavrov Rusiyanın "Birinci” kanalında yayımlanan "Böyük oyun” verilişinə müsahibəsində deyib.

Lavrov çıxışı zamanı Aİ-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell Gürcüstandakı vəziyyətlə bağlı açıqlamalarını "ikiüzlülük” adlandırıb.

XİN rəhbəri qeyd edib ki, Qərb Gürcüstan və Moldovada müxalifətin etirazlarına qarşı tam fərqli münasibət göstərir.

"Rusiyanın qonşuları ABŞ-ın maraq zonasına cəlb olunma kursunun nə qədər təhlükəli olmasından nəticə çıxarmalıdırlar”, – diplomat vurğulayıb.

Lavrovun fikrincə, Gürcüstanda baş verənlər kənardan idarə olunur və Rusiya sərhədlərində xoşagəlməz hal yaratmaq istəyindən irəli gəlir: "Qərb Rusiyadan yapışmaq üçün bəhanə gözləyirdi”.
OXŞAR XƏBƏRLƏR