Lavrov İrana gedəcək

Lavrov İrana gedəcək
DÜNYA
15:50 24.07.2026
218
Rusiya Xarici İşlər Nazirliyi (XİN) nazir Sergey Lavrovun İrana səfərinin təşkili ilə bağlı hazırlıq işlərinin aparıldığını təsdiqləyib.

AZXEBER.COM TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko açıqlayıb.
"Bu istiqamətdə işləyirik”, - Rudenko bildirib.

Qeyd edək ki, Sergey Lavrov sonuncu dəfə keçən il fevralın 25-də Tehrana səfər edib. Səfər çərçivəsində o, iranlı həmkarı Abbas Əraqçi və İran Prezidenti Məsud Pezeşkian ilə görüşüb. İyulun 13-də İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi Lavrovun Tehrana növbəti səfərinə hazırlıq görüldüyünü açıqlasa da, səfərin tarixi barədə məlumat verməyib.
OXŞAR XƏBƏRLƏR