Lavrov Mirzoyanla görüşdü

Lavrov Mirzoyanla görüşdü
DÜNYA
10:42 03.03.2023
248
Hindistanın paytaxtı Yeni Dehlidə Rusiya xarici işlər naziri Sergey Lavrov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında görüş başlayıb.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova paylaşım edib.

"Sergey Lavrov Ermənistan XİN başçısını qəbul etdi və danışıqların istiqamətini müəyyənləşdirdi”, - o yazıb.

Qeyd edək ki, Lavrov Hindistanda G20 XİN rəhbərlərinin görüşündə iştirak edir. Mirzoyan isə martın 3-dən 4-dək Hindistanın geosiyasət və geoiqtisadiyyat üzrə aparıcı "Risin dialoqu” konfransında iştirak etmək üçün Nyu-Dehlidə işgüzar səfərdə olacaq.
OXŞAR XƏBƏRLƏR