Lavrov: NATO ölkələri de-yure Ukrayna münaqişəsində iştirak edir

Lavrov: NATO ölkələri de-yure Ukrayna münaqişəsində iştirak edir
SİYASƏT
11:52 24.05.2023
210
NATO ölkələri faktiki olaraq de-yure Ukrayna münaqişəsində iştirak edir və bu, nüvə dövlətlərinin toqquşması riskini artırır.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov təhlükəsizlik məsələləri üzrə yüksək səviyyəli nümayəndələrin XI Beynəlxalq görüşündə bildirib.

Onun sözlərinə görə, Qərb paytaxtları Rusiyanın nüvə güclərinin birbaşa toqquşmasının yolverilməzliyi barədə siqnallarına məhəl qoymur və ya bu siqnalları kobud şəkildə təhrif edir.

Rusiya XİN başçısı bildirib ki, Moskva Brüssel və Vaşinqtonu beynəlxalq gərginliyin azaldılması maraqları naminə birtərəfli güc qərarlarından imtina etməyə çağırır.
 
///APA
OXŞAR XƏBƏRLƏR