"Qərb Bakı ilə İrəvan arasında sülh prosesinə dəstək verməkdə səmimi deyil".
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində deyib.
O bildirib ki, Qərbin hərəkətləri NATO və Aİ-nin genişləndirilməsi məqsədinin təzahürüdür: "Ümid edirəm ki, bizim İrəvan və Bakıdakı tərəfdaşlarımız bunu başa düşürlər".
S.Lavrov vurğulayıb ki, Rusiya digər beynəlxalq oyunçuların vasitəçilikdə özünü sınamasına qarşı deyil:
"Əsas odur ki, bu razılaşma Azərbaycan və Ermənistanın, həmçinin hər iki xalqın maraqlarını balanslı şəkildə əks etdirsin”.
///Report