Lavrov: Rusiya Ukrayna ilə birbaşa danışıqların tərəfdarıdır

Lavrov: Rusiya Ukrayna ilə birbaşa danışıqların tərəfdarıdır
DÜNYA
21:07 29.04.2025
223
Rusiya Ukrayna ilə ilkin şərt olmadan birbaşa danışıqlara başlamağın tərəfdarıdır.

Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov BRICS ölkələrinin xarici siyasət qurumlarının rəhbərlərinin Braziliyada keçirilən görüşünün yekunları üzrə bildirib.

"Prezident Vladimir Putinin səsləndirdiyi təklifimiz ilkin şərt olmadan birbaşa danışıqların başlamasıdır. Bu vəziyyətdə atəşkəs Kiyev rejimini daha çox dəstəkləmək və onun hərbi potensialını gücləndirmək üçün istifadə olunacaq ilkin şərt hesab olunur”, - o deyib.
 
/Report
OXŞAR XƏBƏRLƏR