Lavrov: "Rusiya və ABŞ arasında görüşlər şou xətrinə keçirilməməlidir”

Lavrov: "Rusiya və ABŞ arasında görüşlər şou xətrinə keçirilməməlidir”
SİYASƏT
11:45 27.12.2022
211
"Rusiya ilə ABŞ arasında normal münasibətlər hamının xeyrinədir”.

AZXEBER.COM Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu xarici işlər naziri Sergey Lavrov müsahibəsində deyib.

O bildirib ki, hər iki dövlət bəşəriyyətin taleyi üçün xüsusi məsuliyyət daşıyır: " Hər iki dövlət fövqəlgüc kimi bəşəriyyətin taleyi üçün xüsusi məsuliyyət daşıyır. Lakin Vaşinqton həmişəki kimi düşmən hərəkətlərini davam etdirir. Müxtəlif səviyyələrdə, o cümlədən ən yüksək səviyyələrdə dəfələrlə vurğulamışıq ki, biz konstruktiv dialoqdan çəkinmirik, lakin onun qurulması üçün şərait yaratmaq lazımdır. Bu görüşlər şou xətrinə keçirilməməlidir”.

S.Lavrov onu da qeyd edib ki, Moskva təhlükəsizlik məsələlərini müzakirə etməyə hazırdır: "Moskva Vaşinqtonla həm Ukrayna kontekstində, həm də daha geniş, strateji səviyyədə təhlükəsizlik məsələlərini müzakirə etməyə hazırdır".
 
Günel
OXŞAR XƏBƏRLƏR