Ukrayna Prezidenti Vladimir Zelenski özünə Rusiya ilə ünsiyyət qurmağı qadağan edib.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
Onun sözlərinə görə, Zelenski necə ki özünə Rusiya ilə ünsiyyət qurmağı qadağan edib, eləcə də özünə onun ölkəsi ilə ünsiyyət yaratmağa da icazə verəcək.
"Bu, onun əhval-ruhiyyəsindən və Qərbdən gələn göstərişlərdən asılıdır”, - Rusiya XİN başçısı vurğulayıb.