Lavrovla Mirzoyan arasında maraqlı dialoq: “Qoy Ararat cavab versin!"

SİYASƏT
16:00 21.01.2025
234
Rusiya xarici işlər naziri Sergey Lavrovla erməni həmkarı Ararat Mirzoyan arasında birgə mətbuat konfransı zamanı maraqlı dialoq yaşanıb.

Rusiyalı jurnalist Ermənistanın Avropa İttifaqına üzvlük layihəsi ilə bağlı erməni nazirə sual ünvanlayıb.

"Ermənistan hökuməti Aİ-yə üzvlüklə bağlı hansı müddətə ümid edir? Ermənistan hökuməti Aİ ilə Avrasiya iqtisadi İttifaqına üzvlüyü bir araya necə sığışdırmaq niyyətindədir?” sualından sonra rusiyalı jurnalist Lavrova olan sualını səsləndirmək istəyib. Bu zaman Lavrov Mirzoyanın birinci sualı cavablandırmasını təklif edib: "Qoy Ararat Samveloviç cavab versin!"

Mirzoyanın Rusiya XİN başçısının təklifinə reaksiyası maraqlı olub: "Sergey Viktoroviçin cavabı bundan asılıdır?” deyə Ararat Mirzoyan replika ilə çıxış edib. Lavrov isə Mirzoyanın replikasına "Yox, bu sual mənə ünvanlanmayıb, ancaq sizə ünvanlanıb”, deyə cavab verib.
Mirzoyan Aİ-yə üzvlüklə bağlı qanun layihəsinin ictimai sənəd olduğunu söyləyib, bildirib ki, orada konkret müddətdən və mexanizmlərdən söhbət getmir. O, bu layihənin vətəndaş cəmiyyətinin təşəbbüsü olduğunu qeyd edib.

Ermənistan XİN başçısı məlum suala ətraflı cavab verə bilməyib: "Bundan sonra nə olacaq, onu sonra həll edəcəyik. O ki qaldı Aİ və Avrasiya İttifaqı arasındakı ziddiyyətə mən bunu mühakimə edə bilmərəm və ya nəsə yeni şey icad edə bilmərəm. Əgər məsələ belə qoyulsa, o zaman yəqin ki baxmaq lazım gələcək”.
 
///apa

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb