Lavrovun Azərbaycana səfərinə hazırlıq gedir

Lavrovun Azərbaycana səfərinə hazırlıq gedir
SİYASƏT
14:36 17.02.2023
182
Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfərinə hazırlıq gedir.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

O, səfərin detalları ilə bağlı razılıq əldə olunandan sonra məlumat veriləcəyini qeyd edib.

Qeyd edək ki, fevralın 15-də APA Rusiya Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən Lavrovun Azərbaycana səfər edəcəyinə dair xəbər yayıb. Agentliyimizin həmsöhbəti Rusiya XİN başçısının Bakıya səfərinin fevral ayının sonunda baş tutacağını, hələlik dəqiq tarixin müəyyənləşmədiyini vurğulayıb.
OXŞAR XƏBƏRLƏR