“Layihələrin 70-80%-i bizi qane edir” - Fərhad Hacıyev

GƏNCLİK
12:35 03.02.2014
1388
Bizə çoxlu sayda layihə təqdim edilir.
Həmin layihələr arasında bəzən çox maraqlıları ilə yanaşı, maraqsızları da olur.
AZXEBER.COM  xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru, 2015-ci ildə Bakı şəhərində keçiriləcək Avropa Oyunlarının Təşkilat Komitəsinin üzvü Fərhad Hacıyev “Azərbaycan”qəzetinə müsahibəsində bildirib.
O qeyd edib ki, hər zaman maraqlı layihələrə üstünlük verilir:
“Gənclər təşkilatlarına fonda layihə təqdim etməzdən öncə müraciət edərək birbaşa öz istəyimizi bildiririk. Bəlkə də elə məhz bu səbəbdən müraciət edilən layihələrin 70-80 faizi bizi qane edən layihələr siyahısındadır. Biz istəyirik ki, gənclərimiz bunu bilsinlər ki, fond məhz ölkə başçısı tərəfindən onlar üçün yaradılıb”-deyə F.Hacıyev bildirib.
O əlavə edib ki, Fond gənclərin öz ideyalarını, təşəbbüslərini həyata keçirməsinə dəstək olmaq üçün yaranan bir qurumdur.
Fondun icraçı-direktorunun sözlərinə görə, bu, gənclərə yaradılmış çox gözəl bir imkandır.

OXŞAR XƏBƏRLƏR