Laz Ziyayla Mənsimovun ortaq gəmisi, ortaq xisləti – İlk kimin qələmini qıracaqlar?

Laz Ziyayla Mənsimovun ortaq gəmisi, ortaq xisləti – İlk kimin qələmini qıracaqlar?
SOSİAL
13:05 08.05.2022
4809

Simic Ağa Musa...

Tərifi milçək vızıltısı kimi hiss edən, məddahlığı səmimilikdən ayıra bilən bir adam düşünün. İşığın altında adama baxır, onun ruhunun bütün tomoqrafiyasını beynində çözür.


 

Milyonu var, amma şan-şöhrət onun zərrə qədər də eynini açmır, özü ağırlığında qızılı var, amma qızıl taxanda diksinir, qorxur.

Söhbət saman satanın oğlu Musa Nağıyevdən gedir. Ya da, bir çoxlarının dediyi kimi – Ağa Musa Nağıyevdən.

Ağa Musa Nağıyev simicliyi ilə dillərə əzbəri olsa da, onun haqlı olduğu bir məqam var. Bu məqam günümüzdə də, elə gələcəkdə də insan xislətini faş edən ən önəmli detallardan biridir. Əgər pulunu verib özünü yağ-bal içində təriflədirsənsə, zaman gələcək o tərif sənin sonuncu eşitdiyin ən gözəl söz olacaq.

Məgər, adam da özünü pulnan təriflədər? Məgər, adam da pulun cuşuna gəlib ambisiyaları ilə çatanın gözünü deşər? Məgər, adam da xeyriyyəçi kimi görünüb, "pensiyaya” çıxacam yalanları ilə siyasi iddiasını bu qədər açıq şəkildə hayqırar? Məgər, adam da Əfqanıstanda xidmət etmişəm deyərkən bir düşünməz ki, aşpaz olduğu ortaya çıxacaq? Məgər, adam da öz xalqına AST Telmana görə "bədbəxt” deyər?

Sonuncu lap ağır oldu deyilmi? Elə buradan başlayaq.

Palmali partiyasının funksiyonerləri

Mübariz Mənsimov gəmiçi adamdır. Allah var, pis gəmiçi də sayılmaz. Amma gəmiçi xislətini unudub, özünü cəza verən kimi, siyasi partiyanın rəhbəri kimi, kəndirbaz kimi aparırsa deməli bir şeylər səhv gedir. Ya adamın gəmisində, ya da beynində.

Sonuncu müsahibəsini "Kurtlar Vadisi”nin məşhur musiqisinin sədaları altında verən gəmiçi bir sıra məqamlara toxunur. Həbsinin siyasi sifariş olduğunu iddia edir.

Cavablandırdığı suallardan biri də Fətullah Gülənlə bağlı olur. Sən demə, Fətullah Gülənlə Pensilvaniyada görüşərkən ona qəzəblənib və onu danlayaraq otağını tərk edib.


 

Sizcə, Fətullahın qılıncının dalı və qabağı kəsən vaxtlarda bir iş adamı Pensilvaniyaya qədər gedib onun otağında ağzından çıxanı deyib yanından çıxa bilərdi? Türkiyə kimi bir NATO ölkəsində xısın-xısın paralel yapılanma qura bilən, sinir mərkəzlərinə qədər sızan bir terror təşkilatı onu məzənnət edən gəmiçini bağışlayar?

Bu işdə bir hikmət yoxmu? Bir düşünək, adam Əfqanıstanda hərbi xidmətdə şücaət göstərmişəm deyir. Sonra Müdafiə Nazirliyinin arxiv sənədlərindən onun hərbi xidmət dönəmində aşpaz kimi çalışdığı ortaya çıxır.

İndi qarşı tərəfdən dəqiqləşdirmək imkanımız yoxdursa, hər yalanı danışmaq olarmı? 

Mənsimovun "İplikçi Nedimi"

Müsahibənin ən önəmli yerlərindən biri onun "Ast Telman”la bağlı dedikləridir: "AST Telman müflis olanda elə sevinirdilər ki... Öz-özümə dedim, nə qədər yazığıq, nə qədər bədbəxt millətik, içimizdən birini yox edirlər və biz buna sevinirik”.

Mənsimovun Telmana görə bədbəxt adlandırdığı xalqın bir açıqlaması var. Məgər, Telman ad gününə milyonlar verib Cenifer Lopezi çağıranda, pullarını Rihannanın başı üstündə səpələyəndə, kasıbın gözünə soxa-soxa yaşayanda hansı xalqı düşünürdü?


 

Telmanı Azərbaycan xalqına adından başqa hansı detal bağlayır? Adamın ölkəmiz üçün gördüyü hansı işi nümunə kimi çəkmək olar? Bəlkə, kənd yollarını düzəltdirib, uşaqlar üçün məktəb tikdirib, xəstəxanalar inşa etdirib, ya da bir şəhid ailəsi üçün ümid olub? Niyə, Telmana görə xalq "bədbəxt” olmalıdır?

Birdə ki, heç vaxt AST Telmanın adını ağzına almayan adam, birdən birə kimlərdən dəstək ummağa başlayır?

Laz Ziyayla Mənsimovun ortaq gəmisi...

Müsahibənin Kurtlar Vadisi hissəsindən söz düşmüşkən, gəmiçinin prototipinə toxunmamaq olmaz.

Laz Ziya obrazını kim xatırlamaz ki? Silah qaçaqçısı, bir ayağı axsaq gəmiçi. Əsəbləşəndə gözləri bəbəyindən çıxan, "Orhaaan” deyə qışqıranda şəkəri birdən beşə dırmanan, Asiyə türküsünün sədaları altında kövrələn köhnə qurd.

Laz Ziya haqqında hamının, baronundan avtoritetinə qədər dediyi oxşar rəy vardı: "Laz Ziya gəmiçi adamdır, yükü ağır olan kimi yanındakı adamlarını ilk limanda tərk edib, yoluna davam edər”.

Mübariz Mənsimov məhz Laz Ziya kimidir. Zamanında onunla eyni gəmidə olanları bir-bir aşağı düşürdür, istədiyi zaman xalqın nəbzi ilə oynamağa çalışır.


Şəhid ailələri ilə sıx əlaqələr qurur, şəhidlərin adlarını öz gəmilərinə verdirir, dizini yerə qoyub şəhid anasının əlini öpür və bunların hər birini lentə aldırır. Belə önəmli işlərlə məşğul olan Mənsimov bu qədər diqqətdə olan ərəfədə qalmaqallı müsahibə vermək qərarına gəlir. Öz siyasi ambisiyasını bir daha ortaya qoyur. "Palmali partiyası"nın funksionerlərini genişləndirir, özünə müsbət rəy yaradır.

Elə Laz Ziya kimi.

İndi Mənsimovun dənizi bir az dalğalıdır. Dalğa dinən kimi, günəş çıxan kimi gəmisindən ilk düşürəcəyi Telmana görə "bədbəxt” dedikləri olacaq. Buna şübhəniz olmasın.

Altay Qorxmaz
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pakistan açıqladı: Əfqanıstan tərəfinin itkiləri 1500 nəfəri keçib
05:41 16.03.2026
Pakistan açıqladı: Əfqanıstan tərəfinin itkiləri 1500 nəfəri keçib
Kubada etirazçılar inzibati binaları dağıdır, saxlanılanlar var
04:24 16.03.2026
Kubada etirazçılar inzibati binaları dağıdır, saxlanılanlar var
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
02:32 16.03.2026
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
01:39 16.03.2026
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
01:07 16.03.2026
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
00:24 16.03.2026
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
00:07 16.03.2026
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
23:53 15.03.2026
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
Daha bir güləşçimiz Avropa çempionu oldu
23:40 15.03.2026
Daha bir güləşçimiz Avropa çempionu oldu
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
23:34 15.03.2026
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
23:24 15.03.2026
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
23:07 15.03.2026
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
23:03 15.03.2026
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
22:55 15.03.2026
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
Qubada müəllim dəm qazından boğularaq ölüb
22:44 15.03.2026
Qubada müəllim dəm qazından boğularaq ölüb
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu
22:28 15.03.2026
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu